Ən kiçik sitrus bitkisi – Kinkan

Kiçik ölçülü, qeyri-adi dada malik olan bu sitrus meyvəsi çox faydalı xüsusiyyətlərinə malikdir. Kinkan A, B qrupu, C, E, P vitaminlər, kalsium, kalium, dəmir, fosfor kimi mikroelementlər, pektin maddələr və efir yağları ilə zəngindir. Bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkan qabığı da çox faydalıdır.

kinkan

Kinkan immun sistemi möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirinə malikdir. Kinkan soyuqdəymə, öskürək, respirator infeksiyalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə prosesləri normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sistemində yaşayan zərərli mikroorqanizmləri məhv edir. Kinkan az kalorili meyvədir. Bundan əlavə kinkan orqanizmə artıq kaloriləri «yandırmağa» kömək edir.

Kinkan sinir sistemi üçün olduqca xeyirlidir. Kinkan depressiyalar, nevrozlar, xroniki yorğunluq sindromu zamanı istifadə oluna bilər. Bu meyvə sinir sisteminə sakitləşdirici təsir edir, gərginliyi azaldır, stresdən çıxmağa kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu meyvəni tez-tez qəbul etməlidir. Belə hesab olunur ki, kinkan əqli fəaliyyəti yaxşılaşdırır. Kinkanın digər faydalı xüsusiyyəti orqanizmdə pis xolesterinin səviyyəsini azaldmaqdan ibarətdir. Ümumillikdə kinkan insanın ürək-damar sisteminə çox müsbət təsir edir, ürək və damar xəstəliklərin profilaktik vasitəsi sayılır.

Xəstəliklərə qarşı müqavimət göstərir

Ürək-damar sistemində pozulmalar olan insanlar (və həmçinin sağlam insanlar) bu kimi reseptdən istifadə edə bilərlər: 1 stəkan bal və 1/2 kq blenderlə əzilmiş kinkan meyvəsini qarışdırın və gün ərzində 1 çay qaşığı olmaqla 3 dəfə qəbul edin. Bu vasitə həm də immun sistemi möhkəmləndirir.  Qabığı ilə birlikdə yeyilməsi infeksiyalara qarşı bədəninizin gücsüz qalmasını və xəstə olmanıza mane olar. A vitamini məzmununun yüksək olmasının yanaşı B1, B2 və B3 vitamini məzmunu də yüksəkdir. Bu vitaminlərin yüksək olmasının sinir sisteminizin nizamlı işinə qatqısı vardır. Kalsiyum məzmunu yüksək olan kinkan, sümük və diş sağlamlığı üçün də əhəmiyyətli bir meyvədir. Yüksək xolesterini olan kəslər üçün nizamlı yeyilməsi məsləhətdir. Bu şəkildə xolesterininizdə uzun davamlı enişlər yaşayarsınız. Eyni şəkildə təzyiq problemi olan şəxslər üçün də istifadə edilməlidir. Dəyişik bir aroması olması səbəbi ilə cem və marmelad olaraq istehlak edilə bilər. Ayrıca meyvə şirəsi və sous olaraq da istehlak edilməkdədir.  Qabığı ilə birlikdə salatlarınıza da doğrayan bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Ən kiçik sitrus bitkisi – Kinkan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!