İribuynuzlu heyvanlar Reseptlər

1 kq pendir üçün neçə litr süd lazımdır?

Əcdadın bizə miras buraxdığı çox gözəl dəyərlər var. Məsələn çox gözəl yemək, basdırma, qovurma, pendir reseptləri. İddia edirəm, bu “delikates”-lər dünyada yoxdur və orqanikdir. Amma bizdə marketinq problemi var. Bizim məhsulları gözəl ambalajlayıb bahalı bazarlamaq lazımdır. 

pendir üçün neçə litr süd

Yerlərdə fermerlər südü normal qiymətə sata bilmirlər. Onlara südü xammal kimi yox, süd məhsulu şəklində satmağı tövsiyyə edirik. Süddən qatıq, şor, pendir, kərə düzəldib satmaq daha əlverişlidir. Amma burda da başqa yanlışlığa düşür insanımız. Pendiri elə düzəldir ki, satanda yenə zərərdə qalır. 1 kq pendir üçün neçə litr süd lazım olduğunu araşdıraq.

Bizim ağ pendir çox ləzzətlidir. Təəssüf ki, leşdən dönər satanların əqrəbaları da zəhərdən pendir düzəltməyə başlayıblar. Belə baxırsan normal pendir 10 litr süddən alınır, ama satırlar 4 manata. Yəni maliyyəti 6 Azn-ə başa gələn pendir daşınma və sair xərclərdən sonra 4 Azn-ə satılır.

Məsələ burasındadır ki, halal yolla da pendirin maliyyətini aşağı salmaq olar. Burda düzgün resept seçmək, yaxşı texnoloqlarla məsləhətləşmək, yaxşı yağlı süd seçmək önəmlidir. Effektiv resept hətta 4 kq süddən 1 kq normal pendir almağa da imkan verir.

1 kq pendir üçün neçə litr süd istifadə olunur?

Dünyada pendirin 2000-ə yaxın növü var və bunların hamısı özünə xas reseptlə hazırlanır. Ağ pendir, qaşar, qauda, parmezan, moçarella, motal bunlardan ən məşhurlarıdır. Pendiri həm kiçik fermalarda,həm böyük zavodlarda istehsal edirlər.

  • Normal şərtlərdə camaatımız 8-10 litr süddən 1 kq ağ pendir alır. Sənayedə isə elə reseptlər və avadanlıqlar var ki, 6 hətta 4 kq süddən 1 kq pendir əldə edirlər.
  • Qaşar pendiri üçün 8-11 kq süd istifadə olunur. Burda da südün keyfiyyəti çox rol oynayır.
  • Məşhur qauda (sarı, holland) pendirinin 1 kq-ı üçün 8-9 litr süd lazımdır.
  • Qoyun və keçi südünün 3-4 litrindən 1 kq pendir almaq mümkündür. Çünki qoyun südü daha yağlı olur. Amma biraz məxsusi qoxusu var və sağmaq çətindir.
  • 1 kq kərə yağı almaq üçün isə yağlılığına görə 15-20 litr süd  lazımdır.

Evdə pendir düzəltmək üçün bu videoya baxa bilərsiniz.

Burda isə pendir düzəltmək prosesi göstərilir:




LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: