Məqalələr Reseptlər

2019-cu ilin salatı (RESEPT)

Çin təqviminə görə, qarşıdan gələn 2019-cu il Sarı donuz ilidir. Yeni il süfrəsində ilin simvolu olan “donuz” görünüşlü salat hazırlayaraq qonaqlarınızı təəccübləndirə bilərsiniz. Agroexpert.az hazırlanması asan və dadlı salatın reseptini təqdim edir.

salat
Tərkibi:
  • 200 qr kolbasa
  • 150 qr konservləşdirilmiş yaşıl noxud
  • 150 qr xiyar
  • 2 ədəd yumurta
  • 250 qr kartof
  • 200 qr mayonez
  • 10 qr zeytun
  • cəfəri
  • duz
Hazırlanma qaydası:

Salatı hazırlamaq üçün ilk öncə bir qazanda kartof və yumurtanı suda bişirin. Bişib və qabığı soyulmuş kartof və yumurtanı soyumağa qoyun. Qabığı soyulub soyudulmuş kartofları kiçik kub şəklində doğrayın. Eyni qayda ilə yumurtaları da kiçik kubiklər şəklində kəsin. Konservləşdirilmiş yaşıl noxudun suyunu süzün. Xiyarları da yuyub kağız dəsmalla qurudun. Xiyarları və kolbasanı kub şəklində doğrayın. Salatı bəzəmək üçün kolbasadan bir qədər ayırıb kənarda saxlayın. Dərin bir qaba kub şəklində doğranmış kartof, yumurta, xiyar, kolbasa, suyu süzülmüş konservləşdirilmiş yaşıl noxud,duz və mayonez (hamısını deyil!) töküb qarışdırın. Salatı servis edəcəyiniz boşqaba ehtiyyatla töküb səliqəyə salın. Qalan mayonezi də yaxıb donuzun bel hissəsinin formasını verin. Zeytunu iki yerə bölüb salata göz şəkli verin. Kənarda ayırdığınız kolbasadan donuzun “qulaqları, burnu və quyruq” hissəsini kəsib salatı bəzəyin. Salatın kənarlarını cəfəriylə bəzəyib bayram süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: