2020-ci ildə dünya giləmeyvə bazarında əsas tendensiyalar nələr olacaq?

Yəqin ki, giləmeyvə təsərrüfatı ilə məşğul olan sahibkarlara maraqlı gələn suallardan biri bu il giləmeyvə bazarında nə kimi tendensiyaların olacağıdır.

2020-ci ildə dünya giləmeyvə bazarının əsas qüvvəsi yeni növ giləmeyvələr olacaq. Həmçinin mexaniki giləmeyvə toplamanın daha irimiqyaslı hala gətirilməsi gözlənilir.
agroexpert.az 2020 gilemeyve bazarında tendensiya

Bu barədə giləmeyvə bazarı üzrə mütəxəssis olan Arkanzas Universitetinin professoru Con Klark  və Vaşinqton Universitetinin dosenti Liza Devetter danışıb.Prof. Con Klark qeyd edir ki, giləmeyvələr istehsalatçılar, istehlakçılar və marketoloqların marağında qalmağa davam edir. Bazarın inkişafına təsir edən müsbət faktorlar arasında hər dəfə istehsalçılar tərəfindən yeniliklərin edilməsi, yeni növ giləmeyvələrin yaradılması və insanların sağlamlıqları üçün həmişə giləmeyvələrə maraq duyması var.

O qeyd deyir ki, təsərrüfatçılar çeşidlərin çox olmasına və ən yaxşı dadda olan növlərin əldə olunmasına çalışmalıdılar. 2019-cu ildə ən çox artım böyürtkən və moruqda olub, bu il də həmin mənzərənin olacağı gözlənilir. Son dövrlər havaların gözlənilməzliyi və əlvərişsizliyi,  həmçinin işçi çatışmazlığı bu sahəyə öz mənfi təsirini göstərir. Ona görə də sahibkarlar giləmeyvə bazarında daha uzunmüddətli iş birliklərinə üstünlük verməlidirlər.

Çiyələk

Çiyələk bazardakı öz güclü yerini qorumağa davam edir. Təsərrüfatçılar məhsuldar çiyələk növlərinə daha çox üstünlük verirlər.

Təbii giləmeyvələrə həmişə böyük tələbat olur, amma bazar rəqabətinin artması təbii giləmeyvələrin istehsalında ləngimələrin olmasıyla müşaiət edilir. Çünki təbii giləmeyvələrin yetişdirilməsi ilə daha çox kiçik fermerlər məşğul olur. Kiçik fermerlər öz marketinqlərini gücləndirməlidirlər. Həmçinin seleksionerlərin təbii istehsal üçün yüksək məhsuldarlığı olan, xəstəlik və ziyanvericilərə qarşı dözümlülüyü olan növlər yaradacaqlarına ümid etməlidirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669