26000 çox fermer əkdikləri məhsul barədə məlumatı EKTİS-ə daxil ediblər

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərin bəyan edilməsi prosesi davam edir.

Əkinlərin bəyan edilməsi prosesi başladıqdan indiyədək

26197 fermer EKTİS-də şəxsi kabinetinə daxil olaraq əkdikləri məhsul barədə məlumatları sistemə yerləşdiriblər. İndiyədək fermerlər tərəfindən 49937 əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemdə bəyan edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki,

Kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edə, yaxud bölgələrə ezam olunmuş səyyar qrupların xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669