Sağlam qidalanma

3-7 günlük su dietası

 Tənbəllərin çox işinə yarayacaq pəhriz… Artıq çəkidən xilas olmaq üçün ən ideal üsullardan biri su dietası.

Mübadilə proseslərini sürətləndirən su orqanizmin təmizlənməsinə yardım edərək çəkinin azalmasına öz təsirini göstərir.

Mühüm amillər:
  • Su mədəni doldurur, iştahanı əhəmiyyətli dərəcədə azaldır. Buna görə də istənilən su pəhrizinin əsası çoxlu miqdarda su qəbul etməkdir.
  • Su nə qaynar, nə də buz kimi olmalıdır (optimal hərarət: 20-40 dərəcədə);
  • Öd kisəsi xəstəlikləri və sidik kisəsində daş olanlar, eləcə də şəkərli diabet və ürək nasazlıqlarından əziyyət çəkənlərin su pəhrizindən istifadə etmələri məsləhət deyil.
  • Su pəhrizi bağırsağın fəaliyyətini normallaşdırır, dəri, dırnaq və saçların vəziyyətini yaxşılaşdırır.
Artıq çəkidən xilas olmaq orqanizmə daxil olan kalorilərin miqdarının azalması hesabına baş verir.

7 günlük su dietası

Tənbəllər üçün su pəhrizi – 7 günlük su pəhrizini məhz belə adlandırırlar.

  • Sizin etməli olduğunuz – yeməkdən 30 dəqiqə əvvəl su içməyinizdir (1-2 st.).
  • Qida rasionundan qızartmaları, şirniyyat məmulatlarını, fəst-fud kimi qidaları çıxarmaq lazımdır. Yerdə qalan məsələlərdə rasion olduğu kimi qala bilər – aclıq çəkmək lazım deyil.
  • Belə metodika nəticəsində çoxlu çəki atmağı gözləmək lazım deyil – siz 7 gün ərzində 1-2 kq atacaqsınız.

3 günlük su dietası 

Göstərilən pəhrizin dəqiq hazırlanmış menyusu vardır.

 3 gün  ərizndə 2 kq artıq çəkini atmaq olar.
1-ci Gün

Səhər: limon şirəsi ilə 1 st. Su

(Təzyiqi aşağı olanlar diqqətli olsun)dieta-sürətli arıqlamaq üçün

Səhər yeməyi (20 dəqiqə sonra): 2 ədəd çovdar tostu, qaynadılmış yumurta, aşağı kalorili pendir dilimi.

İkinci səhər yeməyi: 1 st. su, 20 dəqiqə sonra – armud və ya gavalı.

Nahar: 1 st. su, 20 dəqiqə sonra – 150 qr. qaynadılmış toyuq filesi, pomidor, xiyar və bir qədər brınza pendiri salatı, tost.

Qəlyanaltı: 1 st. su, 20 dəqiqə sonra şaftalı.

Şam yeməyi: 1 st. su, 20 dəqiqə sonra – pörtlədilmiş tərəvəzlər və 100 qr. qaynadılmış mal əti.

Yatmamışdan əvvəl: 1 st. su və 1 çay qaşığı bal.

2-ci Gün

Səhər: limon şirəsi ilə 1 st. su

Səhər yeməyi (20 dəqiqə sonra):2 çovdar tostu, 150 qr. aşağı kalorili kəsmik .

İkinci səhər yeməyi: 1 st. su, 20 dəqiqə sonra – nektarin (tüksüz şaftalı) .

Nahar: 1 st. su, 20 dəqiqə sonra – 150 qr. qaynadılmış balıq, yaşıl tərəvəzlərdən salat, tost.

Qəlyanaltı: 1 st. su, 20 dəqiqə sonra – alma

Şam yeməyi: 1 st. su, 20 dəqiqə sonra – qaynadılmış yumurta, kələm salatı, tost, aşağı kalorili pendir dilimi.

Yatmamışdan əvvəl: 1 st. su ilə 1 çay qaşığı bal.

3-cü Gün

Səhər: limon şirəsi ilə 1 st. su

Səhər yeməyi (20 dəqiqə sonra): 2 çovdar tostu, yarpaq salatı, 150 qr. qaynadılmış toyuq sinəsi

İkinci səhər yeməyi: 1 st. su, 20 dəqiqə sonra – gavalı.

Nahar: 1 st. su, 20 dəqiqə sonra 250 ml tərəvəz şorbası, 100 qr. qaynadılmış ət, tost.

Qəlyanaltı: 1 st. su, 20 dəqiqə sonra – armud

Şam yeməyi: 1 st su, 20 dəqiqə sonra – pörtlədilmiş tərəvəz və buxara verilmiş balıq kotleti (2 əd.)

Yatmamışdan əvvəl: 1 st su ilə 1 çay qaşığı bal.

 

dietalar.az

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: