30 dəqiqəyə hazırlanan 3 dadlı resept

Bu gün sizlərə Recept.az – a istinadən, qısa zaman ərzində bananla hazırlanan üç dadlı resepti təqdi edirik. Həm ləzzətli, həm faydalı, həm də sərfəli olan 3 resept : Bananlı konfet, Bananlı eskimo, Bananlı desert.

Adi günlərdə və ya bayram süfrələri üçün cəmi 30 dəqiqəyə çox dadlı və faydalı bananlı konfet hazırlaya bilərsiniz.

Tərkibi:

bananlı resept
  • 100 qr “Yubileynoye” peçenye
  • 0,5 ədəd banan
  • 4 xörək qaşığı qatılaşdırılmış süd
  • 70 ml qaymaq (33%)
  • 100 qr tünd şokolad
  • 30 qr kərə yağı
  • 50 qr qoz

Hazırlanma qaydası:

Peçenyeləri blenderdə toz halına gətirin.Bananı çəngəllə əzin.Bananı çəngəllə əzin. Sonra əzilmiş bananı və toz halına gəlmiş peçenyeni qarışdırın. Üzərinə qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız kütlədən konfetlər yuvarlayın və 30 dəqiqəlik soyuducuya yerləşdirin. Şokolad və qaymağı qaba tökün və  30-45 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin. Sobadan götürün və tel çırpıcıyla və ya çəngəllə qarışdırın. Üzərinə kərə yağı əlavə edib yenə qarışdırın.Soyuducudan konfetləri çıxarın və şokoladlı qlazura batırın. Konfetlər soyuq olmalıdır, qlazur 27-30 °C. Konfetləri boşqaba qoyun,üstündə çəngəllə şəkil verin.Üzərinə qoz səpin və qatılaşdırılmış südlə bəzəyin.

Resept 2 – Bananlı eskimo

Həm böyüklərin, həm də uşaqların məmnuniyyətlə yeyəcəyi bananlı eskimo deserti .

Tərkibi:

  • 2 ədəd banan
  • 100 qr tünd şokolad
  • Üzərinə zövqə görə qoz-fındıq, kokos, rəngli tort bəzəkləri və s..

Hazırlanma qaydası:

Bananların qabığını soyun və iki bərabər hissəyə bölün. Dondurma çubuğunu hər bir bölünmüş banana batırın və 30 dəqiqəlik soyuducuya yerləşdirin.Şokoladı su hamamında əridin. Bir boşqaba kokos, digər boşqaba qoz-fındıq (xırdalanmış) tökün.

Soyuyan bananları növbə ilə əridilmiş şokolada, sonra isə kokos və yaxudda qoz-fındığa bulayın. Hazır eskimoları yağlı kağız sərilmiş bir qaba düzün və 40-60 dəqiqəlik soyuducunun dondurucu hissəsinə yerləşdirin.

agroexpert.az resept bananlı desert

Resept 3 – Bananlı desert

Tərkibi:

  • 2 ədəd banan
  • 1 lay qat-qat xəmir
  • 120 qr şokolad yağı və ya qatılaşdırılmış süd
  • 1 ədəd yumurta
  • 150 qr şokolad

Hazırlanma qaydası:

bananlı resept
agroexpert_az babanlı resept

2 bananı 12 bərabər hissələrə bölün və qabığını soyun. Qat-qat xəmiri oxlovla yüngülcə yayın. Doğranmış bananları eninə xəmirin üzərinə düzün.

agroexpert_az babanlı desert

Hər banan diliminin enində təxminən 3-5 sm-lik zolaqlar kəsin. Şokolad yağını mikrodalğalı sobada ilıdın və bananların üzərinə tökün.Rulet şəklində səliqəli bükün. Soba sinisinə silikon keks qəlibini yerləşdirin. Qəlibin kənarlarından xəmirə bükülmüş bananları qoyun. Üzərinə çırpılmış yumurta yaxın, keks qəlibinin də içərisinə şokolad yerləşdirin. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!