4 addıma limon ağacı əkək

Limon ağacı əkmək çox xoş və gəlirli əyləncədir. Avropada təhsildən ağız dolusu danışmaq dəb olub bu aralar. Ordakı təhsilin fərqli tərəflərindən biri sosial “aktivitələrə” (fəaliyyət) daha çox vaxt ayırmalarıdır. Əgər bizim təhsildə bu əksiklik varsa gərək özümüz tamamlayaq. Şagirdlərə biologiya dərsində 50 dəfə ağacın strukturu, böyüməsi, qidalanması, fotosintezi haqqında danışmaqdansa bircə dəfə bir ağac və ya gül əkdirmək, evdə balıq saxlamaq daha effektivdir.

Gəlin bu məqaləni də elə balalarımızla bərabər oxuyaq və limon ağacı əkək. Limon ağacı əkmək üçün bu addımlarla gedin və sonda videonu da izləyin. 

Limon ağacı əkmək

limon ağacı əkmək
  1. Əvvəlcə qəşəng və iri bir dənə limon alırıq. Limonun iki ucunu da kəsib, bıçaqla limonu 4 dilimə ayırın. Bu dilimlərdən limon dənələrini çıxarın. Sonra salfet ilə diqqətlə qurulayın. Əmin olun ki, dənələr qurudur. 
  2. Ehtiyyatla quruladığın;z dənələrin qabığını soyun. 
  3. Qabıqlarını soyduğunuz dənələri salfetə büküb yaxşıca isladın.
  4. Bu bükülü salfeti salafana qoyub, ağzını bağlayın və bu şəkildə 10 gün saxlayın. 10 gün sonra kağızı açdıqda dənələrin cücərdiyini görəcəksiniz.  Cücərən dənələri torpaq dolu bir qaba, cücərən qismi aşağı olacaq şəkildə basdırın. Sulayın və günəş düşən yerə qoyun. Ona bol-bol su və sevgi verməyi unutmayın. 🙂
limon ağacı əkmək agroexpert.az

Sonda daha aydın olsun deyə əyani vəsait də yerləşdiririk. Bir digər məqaləmizdə isə limon ağacına necə qulluq eləmək lazımdır ətraflı yazmışıq, burdan oxuya bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика