Tövsiyyələr Xəbərlər

4 milyard şəhərli üçün qida

FAO-nun statistik məlumatlarına əsasən, 2030-cu ildə inkişaf etmiş ölkələrin şəhər əhalisi 4 milyard nəfərə çatacaq. Bu qədər əhalinin ərzaq təhlükəsizliyi artıq böyük problemə çevrilir. Əhaliyə keyfiyyətli ərzağın münasib qiymətə çatdırılması iaşə və ərzaq paylama şəbəkəsini genişləndirəcək. Əsas çətinliklər tələb və təklif arasındakı balans, daşıma, saxlama və paylama olacaq ki, bu da ərzaq itkisi, qiymət qalxması deməkdir.

 

Əhali artdıqca, şəhər infrastrukturunda ərzaq təminatı, çatdırılma, topdan və pərakəndə satış nöqtələri, bazarlara ehtiyac artır. Hal-hazırda böyük şəhərlərin bazarları texniki cəhətdən düzgün təmin edilmir, bu isə ərzaq itkisinə və ekoloji problemlərə səbəb olur. Moskvada, Almaniyada bazarlarda sata bilmədiyin meyvəni utilizasiya etmək üçün üstündə pul verirsən. Avropada hökumətlərin ən qorxulu rüyası isə zibilyığanların mitinqidir.

 

Artıq böyük əhalisi olan şəhərlər çoxdur. Mumbay, Dehli, Mexiko, San-Paulo şəhərlərinin əhalisi 20 milyondan çoxdur.

Şəhər fəqirliyi ərzaq təhlükəsizliyinə təhditdir.

Ərzaq təhlükəsizliyi kasıb əhalinin səviyyəsi 50%-dən yuxarı bölgələrdə daha əhəmiyyət kəsb edir. Məsələn, Qvatemala Sitidə kasıb əhali 80%, Banqladeşdə 78%, Uqandada 77%-dir. Qeyd edək ki, təkcə paytaxt vəya böyük şəhərlər yox, həmçinin əhalisi bir neçə yüz min olan kiçik şəhərlər də kasıblıq səviyyəsinin az olmasından dolayı ərzaq təminatına və paylanmasına problemlər yaradır. Kasıb şəhər əhalisi gəlirlərinin 60-80%-ni qida məhsullarına xərcləyir. Ona görə belə yerlərdə əhali qiymət artımına həssas olurlar. Qiymət artımı isə daşıma və monopoliyadan yaranır. Burda monopolist adətən yerli böyük topdançılar olur. Həmçinin kasıb şəhər əhalisi ərzaq təminatı zəncirində ən axırıncı halqanı təşkil edirlər, nəyisə dəyişdirmək şansları olmur.

Ərzaq təhlükəzisliyi üçün ərzağın saxlanc yerləri vacibdir. Belə yerlərdə çox vaxt soyuducular standarta cavab vermir, bəzi “ticarətçilər” isə bazara keyfiyyətsiz ərzaq çıxara bilirlər. Ərzaq təminatı üşün logistika da önəmlidir. Çox vaxt yükdaşıyan sürücülər şikayətlənir ki, malı götürmək üçün saatlarla tıxacda otururlar, parklama, yükləmə və boşaltma yerləri standarta uyğun deyil.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: