4 Oktyabr Toxum sərgi-satış yarmarkası-Hacıqabul

Agroexpert.az saytı Azərtac-a istinadən xəbər verir ki, oktyabrın 4-ü Hacıqabulda toxum sərgisi təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Respublika toxum sərgi-satış yarmarkası keçiriləcək.

Hacıqabul rayonunda keçiriləcək yarmarkada Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd:

  • toxum bazarının formalaşması,
  • istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması,
  • işgüzar və səmərəli görüşlərin təşkili,
  • həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək.

  • Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması,
  • sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi,
  • kondisiyaya çatdırılması barədə məlumat veriləcək,
  • informasiya materialları təqdim olunacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!