532 hektar sahədə tütün yetişdiriləcək

Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib ki,

Bu il Qax rayonunun təsərrüfatlarında 532 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Artıq bir neçə gündür fermer təsərrüfatlarında, istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Elə ilk günlərdən Zəyəm, Qorağan, Tasmalı kəndlərinin təsərrüfatlarında 20 hektara yaxın sahədə “Virciniya” növlü tütün əkilib.

fermer təsərrüfatında tütün əkini
Tütün əkini ilə əlaqədar ilkin olaraq 70 fermerlə müqavilə bağlanılıb.

Builki mövsümdə qaxlı fermerlər

  • 517 hektarda “Virciniya” növlü ətirli,
  • 15 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Qorağan kəndindən olan fermer Telman Şahmalıyev bu il rayon üzrə hamıdan çox 52 hektarda tütün əkməyi planlaşdırır. Fermer ötənilki mövsümdə 100 ton quru tütün istehsal edib.

Xatırladaq ki, 2018-ci ildə rayonda 971,8 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 161 ton artıb.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!