ABŞ biotexnoloji bitkiçilikdə liderə çevrilib

ABŞ-da son illərdə əkin sahələrinin tərkibində genetik dəyişdirilmiş bitkilər böyük yer tutması diqqət çəkir.

Bunun səbəbi fermerlərin bu bitkilərin hesabına müqavimət gücü daha çox olan biotexnoloji toxumlar əldə edə bilməsidir.

ABŞ-da 1996-cı ildən qəbul edilən və güclü herbisidlərə (məsələn, qlifosat, qlufosinate və dicamba) qarşı daha çox dözümlü olan bitkilər, əkinçilərə alaq otlarına qarşı effektiv mübarizə aparmaq üçün geniş imkanlar təqdim edir.

Herbisitə qarşı davamlı olan soya paxlası ilə əkilmiş sahə statisistikası belədir:

  • 1997-ci ildəki 17 %
  • 2001-ci ildə 68 %
  • 2019-cü ildə isə 94%

Göstəricilər fermerlərin bu bitki məhsuluna olan rəğbətinin artmasına bariz nümunədir.

bitki

Herbisitə davamlı pambıq bitkisinin müvafiq illərdəki statistikası isə belədir:

  • 1997-ci ildə təxminən 10 %
  • 2001-ci ildə 56 %
  • 2019-cu ildə 95 %

Hazırda ABŞ-da yerli qarğıdalı sahəsinin 90 faizi herbisitlərə davamlı toxumlarla əkilir.

Torpaq bakteriyası olan Bacillus thuringiensis (Bt) və digər böcəklərə davamlı bitkilər ABŞ-da 1996-cı ildən bəri qarğıdalı və pambıq üçün də mövcuddur.

 “Bt-qarğıdalı” bitkisinin əkin sahəsi statistikası isə belədir:

  • 1997-ci ildə 8 %
  • 2000-ci ildə 19 %
  • 2019-cu ildə 83 %

Son illərdə Amerikalı fermerlər arasında həm herbisidlərə qarşı, həm də zərərvericilərə qarşı dözümlü bitki növlərinə maraq artmaqdadır.

2019-cu ildə pambığın təxminən 89 %-i, qarğıdalı bitkisinin isə 80 %-i məhz bu cür toxumlarla əkilmişdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669