ABŞ-da arıçılıq təsərrüfatı və əhəmiyyəti

Hazırda ABŞ-da 2,8 milyon arı yuvası var. Bu arılar yalnız bal istehsalı deyil, həm də kommersiya tozlanması üçün də yetişdirilir.

Arılar Amerika qida istehsalı sistemində mühüm rol oynayır. Tozlanma üçün  sağlam arıların olması çox vacibdir. ABŞ-da yetişən 100-dən çox məhsul tozlanmanı edən böcəklərdən və həşaratlardan asılıdır., Meyvə, qoz-fındıq, tərəvəz, paxlalılar, yağlı bitki və yem bitkiləri də daxil olmaqla bir çox bitkinin bal arıları ilə tozlanması onların məhsuldarlığını və keyfiyyətini artırır.

ABŞ-da satılan arıçılıq məhsulları və xidmətlərinin ümumi illik dəyəri təqribən 700 milyon dollardır. Bunu ABŞ Kənd Təsərrüfatı Departamentinin (NIFA) Milli Qida və Kənd Təsərrüfatı Proqramı İnstitutunun direktoru Robert M. Noverski www.usda.gov saytındakı məqaləsində deyir.

ABŞ-da 25-dən az arı yuvasına sahib olan arıçılar həvəskar arıçı hesab olunurlar. 300 və ya daha çox arı yuvası olanlar isə ticarət arıçıları sayılır.

ABŞ-ın ən çox arıçılıqla tanınan ştatları: Şimali Dakota, Montana, Florida, California.

Kommersiya tozlandırması sahəsində, badamın böyük ərazilərinin cəmləşdiyi Kaliforniyada iş görmək daha məqsədə uyğun sayılır. Dünya badamının 80 faizi Kaliforniyada istehsal olunur və bu məhsul tamamilə tozlanmağa bağlıdır.

Badam ABŞ-da arıların tozlandırdığı №1 məhsuldur və fermerlər arıçılara bir koloniya üçün 200 dollar ödəyə bilər.

Bundan əlavə, Kaliforniyada heyvandarlıq yemi üçün yosun yetişdirilir. Bu bitkinin yetişdirilməsi üçün də arı ilə tozlandırılması mütləqdir.

Bal arıları, ABŞ-da Kaliforniyadakı toxum istehsalı üçün və yosun sahələrini tozlandırmaq üçün istifadə olunan əsas həşəratlardır.

ABŞ-dakı bütün arı koloniyalarının yarısı badamları tozlandırmaq üçün hər yay Kaliforniyaya daşınır. Daha sonra isə onlar alma ağaclarını, qarağat bitkilərini tozlandırmaq üçün Nyu-Yorka, zoğal bitkilərini tozlandırmaq üçün isə Massaçusetsə göndərilir. Adətən arılar yük maşınlarında daşınılır. Hər bir yük maşınına təxminən 450 arı yuvası olur.

Əlbətdə ki, belə genişmiqyaslı işlər görən tozlanma arılarının sağlamlığı təkcə özəl sahibkarlar üçün deyil, həm də dövlət qurumları üçün prioritet məsələdir.

Ekoloqlar arıların ölümündə ən ciddi səsbəb kimi kənd təsərrüfatı pestisidlərini, xüsusən neonikotinoidləri görürlər.  ABŞ-dakı ticarət arıçıları isə bunda  Varroa gənəsini və koloniyanın dağılması sindromunu böyük təhlükə olaraq görürlər.

2006-cı ildən bəri mütəxəssislər arı koloniyalarının sayında ciddi azalma olduğunu qeyd edirlər.

Tozlandırıcı arıların sayında yüksəliş tendensiyasını artırmaq üçün NIFA tədqiqat işlərini maliyyələşdirir. 2019-cu ildə NIFA, arıların sağlamlığı ilə əlaqəli layihələrə təxminən 4 milyon dollar dəyərində rəqabət qrantı verdi. Beləliklə, ABŞ-da arı sayının yalnız artacağını gözləmək olar.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669