ABŞ-da bu herbisidin satışına icazə verilməsi mübahisələrə səbəb olub

Şirkətlər 40 milyard ABŞ dolları dəyərində soya bazarında aqrokimyəvi maddələr və toxum satışında ciddi rəqabət aparır

ABŞ Apellyasiya Məhkəməsi, ötən çərşənbə günü Corteva Inc, 2,4-D, kolin və qlifosat kimyəvi qarışığı olan Enlist Duo herbisidini satışına davam edilə biləcəyinə dair qərar verdi. Bu herbisid soya, qarğıdalı və pambıq bitkilərini alaq otundan qorumaq üçün istifadə olunur.

Enlist Duo herbisidinin satışının rəsmiləşdirməsi “Corteva“ şirkətinin ABŞ kənd təsərrüfatındakı üstünlüyünü gücləndirir. Eyni məhkəmə “Bayer AG” şirkəti tərəfindən satılan digər rəqabətli bir herbisidinin satışını qadağan etməsi “Corteva” şirkətinə rəqabətdə daha da kömək edib. Həmin herbisidin qadağan olunmasına səbəb isə bitkilərə ziyan verməkdə ittiham olunan “dikamba” maddəsi olub.

Dikamba maddəsi  “Bayer”, “Corteva” və “BASF SE” şirkətləri tərəfindən satılan bir neçə genetik modifikasiya edilmiş məhsul herbisidində tapılıb.

herbisid

İndi “Corteva” şirkəti tərkibində dikamba olmayan “Enlist Duo” herbisid sayəsində bir üstünlüyə sahibdir.

Şirkətdən verilən açıqlamada, “Enlist Duo” herbisidinin davamlılığına və performansına əmin olduqları bildirilib.

Əlbəttə ki, ekoloji qruplar məhkəmənin qərarından narazıdırlar və etiraz etmək niyyətindədirlər. Məhkəmə ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) nəticələrinə əsaslandığından, Bioloji Müxtəliflik Mərkəzi vəkil adından bunları deyib:

 “EPA tərəfindən edilən araşdırma qətiyyən elmi məlumat sayıla bilməz”.

Bu herbisid ilə bağlı mübahisələr hələ də davam etməkdədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!