Ac qarına bunları yemək çox faydalıdır

Yemək yeyərkən nə yediyimiz və nə zaman yediyimizin də önəmi olduqca vacibdir. Bəzi qidaları səhər, ac qarına yediyimiz zaman normaldan daha faydalı olur. Hər kəsin evində – mətbəxində olan bu 12 qida ilə tanış olaq.

Qeyd: Əgər hər hansısa bir probleminiz varsa, bunun üçün həkim məsləhəti almağınız tövsiyyə olunur. 

Qarpız – Çox yaxşı bir lif qaynağıdır. Qarpızın həm tox tutması, həm də yeməklərdən sonra şişkinlik kimi narahatlıqlar yaratması səbəbi ilə ac ikən yeyilməsi məsləhət görülür. 

Yumurta – Daha uzun müddət tox hiss etdirməsi üçün yumurtanı ac qarına yeməyiniz ən böyük səbəblərdən biridir. Çalışmalar göstərmişdir ki, səhərlər yumurta yeyildiyi zaman tükədilən gündəlik kalori miqdarının sayı azalır. 

Yaşıl alma – hüceyrələrə zərər verən sərbəst radikallarla savaşa bilir. Bu səbəblə səhər ac qarına yeyilən yaşıl alma bədəninizin gün ərzində qarşılaşdığı zərərli maddələrlə daha yaxşı mübarizə aparmasına kömək edəcək. 

Bal- sizin immunitet və həzm sisteminizi oyandırmağa kömək edir. Təmbəl bağırsaq sindromunun və digər mədə problemlərinin həll olmasına kömək edir. Eyni zamanda bədəndəki zərərli virus və bakteriyaların təmizlənmə işini də görür. 

Quru çərəzlər – xüsusilə ac olduğunuz zamanlarda yaxşı bir seçimdir. Badam və ya qoz kimi seçimlər sizi doyurmaqla qalmır, eyni zamanda mədə qıcqırmadan ürək üçün yağlar və digər önəmli maddələri təmin edir. 

Pendir – Əgər bir şeylər yeyən zaman həzmsizlik və ya mədə turşuması ilə qarşılaşırsınızsa, ac qarına bir dilim pendir mədənizi hazırlayacaqdır. Süd məhsulları sizə problem çıxarırsa, bunu bir dilim kraker ilə də yeyə bilərsiniz. 

Su – Ac qarına su içmək kilo verməyinizə kömək edərkən, həm də immunitet sisteminizi gücləndirir, bəzi infeksiyaların qarşısını alır, həzmsizlik sıxıntılarının həll olmasına və cildin daha gözəl olmasına kömək edir. 

Xurma – Bir çox yararı ola möcüzəvi xurma ac ikən yeyildiyində bağırsaq parazitləri ilə güclü bir şəkildə savaşır.

Yulaf – qarabuğda, buğda toxumu kimi məhsullar mədə divarında qoruyucu bir təbəqə əmələ gətirərək mədə turşusunun mədə divarlarına zərər verməsinin qarşısını alır. Həzm sistemini qaydasına salır. 

Zeytun yağı – Həkim məsləhəti ilə və doğru miqdarda ac qarına içilən zeytun yağı yaxşı xassəli xolesterolun yüksəlməsinə və pis xassəli xolesterolun azalmasına kömək edir. 

Kəklikotu çayı – ac ikən tükədildiyində antioksidant xüsusiyyəti göstərir, həzmsizlik problemləri ilə savaşmaqda isə olduqca effektivdir. 

 Sarımsaq  – Doğru miqdarda ac qarına tükədilən sarımsaq, tərkibindəki antioksidant xüsusiyyəti sayəsində bədənə çox daha faydalı olur. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!