Adler serebrist toyuq cinsi
Son vaxtlar quş bazarında, fermerlərin həyətində serebrist toyuq cinsi çox görürəm. Çox sərfəli toyuq cinsləri mövcuddur, ətlik və yumurtalıq istiqamətli. Bu quşa üstünlük verilməyində yəqin bir səbəb vardır. Ona görə qərar verdim ki, bu məqaləni hazırlayım. 
Adler serebrist toyuq cinsi ətlik istiqamət olsa da yumurta verimi də yaxşıdır. Rus cinsidir, ona görə soyuğa və bizim iqlimə dözümlüdür. Çox sakit heyvanlardır. Xəstəliklərə qarşı müqavimətləri yüksəkdir. Orta ölçülüdürlər. Yemə qarşı davakar deyillər, yalnız vitamin və zülal ehtiyacları yaxşı qarşılanmalıdır.
Özəllikləri
- çəkisi (fərə, xoruz): 2-4,5 kq
- ildə 180-200 yumurta verimi
- yumurtası 60 qram, rəngi açıq-qəhvəyi
- 6 ayında yumurta verməyə başlayır (amma tövsiyyə edilmir)
Saxlanması
Serebrist toyuqları istənilən tikilidə saxlaya bilərsiniz, yetər ki, quru və təmiz olsun. Sakit təbiətli olduqları üçün həyətdə gəzi dolaşarkən də problem olmayacaq. Yaxşı balanslaşmış yem onlara tez çəki yığmağa, yaxşı immunitetə və sağlam olmaqlarına səbəb olacaq. Həmçinin düzgün yemləmə yaxşı yumurtaveriminə də kömək edəcək, xüsusən qışda. Yayda onlar həyətdə də vitamin tapa bilərlər, amma qışda çətin.
Əksiklikləri
- ilk aylarda yumurtaları kiçik olur
- hannibalizmə meyllidirlər
- yaxşı kürd yatmırlar
Üstünlükləri
- cücələrin 95% sağ qalması
- 2-3 il ərzində belə çəki və yumurtaverimi azalmır
- təvazökar heyvanlardır
- sakit təbiətlidirlər
Adler cücələrini də digər cücələr kimi saxlaya bilərsiniz. Hin quru və təmiz olmalıdır, yel çəkməməlidir, soyuq olmamalıdır. Onlara mütləq isti su və təzə yem verin. Cücə əldə etmək üçün ən yaxşı dövr-yaydır. Bu dövrdə toyuqlar daha möhkəm olur və yaxşı bala verə bilərlər. Amma yaxşı kürd yatmırlar, gərək inkubatorda çıxarasınız.
Serebrist toyuqları nə qədər yüngüldürsə, bir o qədər çox yumurta verir. Xoruzları isə sürünün qeydinə çox yaxşı qalır. Bəzən bu toyuqlar sussex cinsi ilə qarışdırılır. Haqsız da deyillər. Bu iki cins bir-birinə çox bənzəyir. Sussex ingilis toyuq cinsidir və çox qədimidir.
Sonda balaca bir biznes plan kimi bunu qeyd edək. Əgər çox vaxtınız yoxdursa, amma ailənizi sağlam ət və yumurta ilə təmin etmək istəyirsinizsə bu toyuq cinsi sizin üçün uyğundur. Adler serebrist cücələri 0,70-1 Azn-dən əldə edib böyüdün. Xoruzları kəsimə, fərələri isə yumurtalığa saxlayın. Bir xoruz 15-20 toyuğa hesablanır. 6 ayda yumurta verməyə başlayır, amma deyirlər tez yumurtlamağa başlayan serebristlər sonradan xəstələnir. Ona görə çalışın vaxtında yumurtlasınlar.