Ağ İngilis bildirçin cinsi

agroexpert-bildircinAğ İngilis bildirçin cinsinin erkəklərinin diri çəkisi 160-180 qr, dişilərinin çəkisi 140-160 qr olmaqla, yumurta məhsuldarlığı 280 ədədə qədərdir.    Yumurtanın çəkisi 10-11 qr-dır.

İstehsal olunan yumurtanın ümumi kütləsi quşların diri çəkisi ilə müqayisədə 20 dəfə çoxdur. Quşlarda yetişkənlik dövü 40 gündən başlayır. Bildirçin quşlar üçün məhsuldarlıq dövrü 120 günlük yaşa qədərdir. Yumurtalama ilk 5 gündə 4%, sonrakı günlərdə 65 günə kimi məhsuldarlıq 72,6%-ə çatır. İlk günlər yumurtaların çəkisi 4-6 qr olur, sonralar isə çəki 10,78 qr-a qədər artır.

Qeyd olunan cinslər Azərbaycan Dövlət Aqrar Univer-sitetinin (ADAU-nun) ”BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ” də, 2011-ci ildən fəaliyyət  göstərən      Vivarium təcrübə məkəzində  yetişdirilir.  Azərbaycanda  ilk  dəfə  olaraq yerli şəraitə uyğun bildirçin  xətti yaradılmışdır. “Vivarium” təcrübə mərkəzində saxlanılan quşlar və bildirçinlərin bioloji təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədar olaraq doktorantlar Kərimov Azər, Məmmədov Ramin və Zeynalova Zəhra elmi tədqiqat işləri aparırlar.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!