Ağ saçlara kartof qabığı ilə son

ag saclari kartof qabigindan duzelmis su il son verinHər nə qədər ağ saçlar kişi üçün nur sayılsa da, xanımlar üçün estetik problemdir, xüsusən cavan yaşlarda. Mütəmadi stres, kimyəvi tərkibli maddələrin istifadəsi saçların erkən yaşlarda ağarmasına səbəb olur.

Saçlar niyə ağarır? Saçlara rəng verən melanin adlı piqmentin azalması, saçların ağarmasına səbəb olur.

45 yaşdan yuxarı insanların 50%-i tez ağaran saçlardan şikayətçidir. Ağ saçlar xəstəlik sayılmır, amma çox insan bunu gizləmək istəyir.

Kartof qabığındakı maye, saçı təbii yollarla nəmləndirmək və tündləşdirmək üçün əla vasitədir. 

Bu maye saçınızı həm gücləndirir, həm tündləşdirir, həm də vitaminlər və minerallarla təmin edir.

Hazırlanması və tətbiqi:

Lazım olanlar:

  • 4 kartofun qabığı
  • 2 litr su

Hazırlanması:

  • Kartof qabıqlarını böyük bir qazana 2 litr su ilə bərabər qoyun. 25 dəqiqə orta atəşdə qaynadın, sonra normal istiliyə qədər soyumasını gözləyin. Mayeni süzüb ayırın və şüşə qabda saxlayın

İstifadəsi:

  • Saçlarınızı hər zamankı kimi durulayın və kartof suyunu nazik masaj ilə uyğulayın. (Vəya sprey şüşəsinə töküb də tətbiq edə bilərsiniz) 20 dəqiqə qalmasına icazə verin. Bol su ilə durulayın və həftədə 3 dəfə təkrar edin.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Ağ saçlara kartof qabığı ilə son

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!