Ağ və qəhvəyi rəngli yumurtalar arasındakı fərq

Yumurtalar bir çoxumuz üçün səhər yeməyinin və xəmir işlərinin əvəzolunmazıdır. Səhər yeməyi üçün bazarlığa gedəndə, müxtəlif yumurta variantları ilə qarşılaşırıq. Orqanik yumurta, cüt sarılı yumurta, böyük yumurta, daha kiçik yumurta, qəhvəyi yumurta, ağ yumurta kimi bir çox variant arasından birini almağa qərar veririk. Bəs yumurtanın qabıq rənginin yumurta seçimimizdə nə qədər təsirli olduğunu ,hətta ondan da əvvəl, yumurtanın qabığının rənglərinin niyə fərqli olduğunu düşündünüzmü heç?

yumurta

Qabığı qəhvəyi rəngli yumurtaları qoğallara , kekslərə isə ağ yumurtalar istifadə etmək daha uyğundur. Qəhvəyi yumurtaların qida dəyəri yüksəkdir, ağ yumurtaların isə daha azdır. Digər tərəfdən ağ yumurtaları daha uzun müddət saxlamaq olur, qəhvəyi rəng isə daha qısa zamanda xarab olur. Bunlar hamısı bir deyimdir..Gəlin baxaq görək bu deyimlər nə dərəcədə düzgündür.

İlk növbədə müxtəlif rəngli yumurtaların qida dəyərləri və dadları arasında bir fərq yoxdur. Çünki yumurtaların ləzzəti qabığın rəngiylə deyil, toyuğun nə ilə qidalandığı ilə bağlıdır. Qabıqların qalınlığına gəldikdə, yumurtaların qabıq qalınlığı toyuğun yaşına görə dəyişir. Buna görə gənc toyuqların yumurtası adətən daha sərtdir. Bu vəziyyət fərqli rəng bütün yumurtalara aiddir.

Bəs, yumurtaların rəngi nədən irəli gəlir?

Yumurtanın qabığının rəngi toyuğun cinsinə bağlıdır. Bu da toyuğun qulaqcıq rəngiylə bağlıdır. Ancaq bunu qeyd edək ki, qulaqcıq rəngi toyuğun tük rəngilə eyni olmaq məcburiyyətində deyil. Qulaqcıq rəngini, eynilə insanların dəri rəngini müəyyən etdiyi kimi irsi xüsusiyyətlər müəyyən edir. Buna görə ağ yumurtalar adətən açıq rəngli ya da ağ qulaqcığı olan toyuqlar istehsal edir. Qəhvəyi yumurtalar qırmızı qulaqcığı olan toyuqlar yumurtlayır.

Toyuq yumurtalarının rəng fərqiylə əlaqədar olaraq doktor Cornell Universitetində çalışan Tro V. Bui isə belə deyir:

“Qabıq rənglərini genlər müəyyən edir. Ağ tüklü olan və qulaqcıqları da ağ olan toyuqlar ağ yumurtlayır. Tük rəngləri qırmızı və ya qəhvəyi olan toyuqların qulaqcıqları da qırmızı olanlar qəhvəyi yumurtalar verir. Bəzi yerdə Pasxa toyuğu kimi də tanınan Ameraucana nəslindən olan toyuqlar isə mavi qabıqlı yumurtalar verir.”

Toyuq yumurtalarının tərkibi və qabıqları, çoxalma kanalının ən sonunda yaranır. Qabıqlara mavi rəngini verən piqmentlər oosianinlərdir. Bunlar, ödyaranma prosesində əmələ gələn əlavə məhsullardır. Qəhvəyi yumurtalara isə rəngini qan hüceyrələrinin məhvi zamanı yan məhsul kimi istehsal olunan porifirinlər verir. Maraqlı bir fakt, yumurtalara rəngini verən bu piqment yumurtalamadan yalnız bir neçə saat əvvəl yumurtaya əlavə olunur. Bundan əvvəl yumurtanın müəyyən bir rəngi belə yoxdur!

Yumurtaların rəng fərqinin genlərlə əlaqəli olduğunu öyrəndik.  Bəs bu fərqli rənglərin fərqli qida dəyərləri varmı?
yumurta

Doktor Tro V. Buiyə görə, qəhvəyi yumurtalayan toyuqlar daha böyük olmağa meyllidirlər və bu səbəblə qəhvəyi yumurtlayan toyuqlar daha çox qidalanmağa ehtiyac duyurlar. Belə ki, bu toyuqlar üçün daha çox pul xərclənir. Ağ yumurtlayan toyuqları yetişdirmək çox ekonomik olur.
Ancaq bu yumurtaların arasında diqqətəlayiq bir fərq yoxdur. Ləzzət olaraq iki yumurta da eyni dada malikdir. Yalnız qəhvəyi yumurta omega-3 baxımından bir az daha zəngindir, amma bu fərq ayrılmayacaq qədər azdır.

Uzun sözün qısası, yumurta alarkən görüşünə aldanmamaq lazımdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!