Ağ yoncanın yeni xüsusiyyəti kəşf edilib – “Gümüş güllə” effekti

İngilis alimləri bəzi otlaq sahələrindən birbaşa istixana qazı tullantılarının əvvələ nisbətdə daha aşağı olduğunu sübut etdilər.

Rothamsted Tədqiqat Qrupunun alimlərinin fikrincə, mal-qara sürülərinin otlaq sahələrinin iqlimə mənfi təsiri həddindən artıq şişirdilir.

Mütəxəssislərin apardığı araşdırmalar göstərib ki, ağ yonca yetişən bir otlaq sahəsində böyüdülən heyvanların sidiyi  əvvəlcədən təxmin edilən azot oksidinin yarısından bir az daha çox artmasına səbəb olur.

ağ yonca əkini və maraqlı məlumatlar agroexpert.az
Ağ yonca əlavə azot gübrəsinə ehtiyacı azaltmaq üçün əkilən bir bitkidir.

Azot oksidi qlobal istiləşməyə təsir edən güclü bir istixana qazıdır. Onun qlobal istiləşməyə təsiri CO2’dən 265 qat daha güclüdür.

Elm adamlarının verdiyi son məlumatlarına görə, bu “emissiya (tullantı)amili”  0.77 % olaraq qiymətləndirilir.

Bundan əlavə, Rothamsted Araşdırma qrupu tərəfindən edilən son bir təcrübə, heyvanların ağ yonca qarışığı ilə qidalandığı zaman bu təsirin 0.44 %-ə qədər azaldığını göstəri. (yonca olan otlaq sahəsinin havasından tutulan azotun miqdarı bunu göstərir).

Tədqiqatın aparıcı mütəxəssislərindən biri olan doktor Graham McAuliffe araşdırmaları belə şərh etdi: “İlk baxışdan bu fərqlər o qədər də böyük görünməsə də, hesablamalarda mal-qaranın iqlimə təsiri daha vacib hala gəlir, çünki azot oksidi tullantıları bütün istixanaların təchizat zəncirindəki qazların 40% -dən çoxunu təşkil edə bilər. “

Bu araşdırma aparılan ilk belə növ bir elmi tətqiqat oldu. Elm adamları iqlim dəyişikliyi ilə əlaqəli həm ağ yonca faydalarını, həm otlaqdakı azot oksidini azaltmaqla, gübrə tələbatının nə qədər dəyişə biləcəyini ölçdülər.

Həmçinin əldə olunan məlumatlar sübut edir ki, ümumi ot qarışıqlarına ağ yoncanın daxil edilməsi, ümumi ot bağlarında müşahidə olunan mikrob sayını kəskin şəkildə azaldır. Bunu tədqiqatın iştirakçısı olan digər mütəxəssis, doktor Laura Cardenas əlavə deyib:

Ağ yonca, kənd təsərrüfatına istixana qazı tullantılarını azaltmağa imkan verir. Buna həm də “gümüş güllə” effekti də demək olar.

Bu tətqiqatlar nəticəsində mütəxəssislər heyvandarlıqla məşğul olan fermerlərə heyvanları üçün hazırladıqları yemlərdə yoncaya üstünlük vermələrini tövsiyyə ediblər. Həmçinin otlaq sahələrində də ağ yoncanın əkilməsi çox yararlı olacaqdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669