Ağacın hündürlüyünün ölçmə üsulları (FOTO İZAH)

Siz heç bir ağacın hündürlüyünü ölçməyi sınamısınızmı?

Bu işi bir metr istifadə edərək etmək çox çətin ola bilər. Çünki bəzi ağaclar o qədər yüksəkdir ki,metri ağacın başına çatdırmaq qeyri-mümkündür. Ancaq müxtəlif üsulları tətbiq edərək hündür bir ağacın uzunluğunu təxminən ölçə bilərsiniz. Agroexpert.az ağacın hündürlüyünün ölçmə üsullarından bəzilərini təqdim edir.

Qədimdə insanlar ağaca kürəklərini tərsinə çevirib gedib, sonra əyilib ayaqlarının altından ağacın uzunluğunu tam görənə qədər gedərdilər. Ağacın hündürlüyünü gördükləri məsafədə dayanıb ağacdan yeridikləri qədər olan məsafəni ölçərək ağacın hündürlüyünü deyərlərdi.

İzahlı şəkildə…
ağac

Kürəyinizi ağaca çevirib yeriyin. Arabir dayanaraq qabağa əyilib ayaqlarınızın arasından ağaca baxın. Ayaqlarınızın arasından ağacın təpə nöqtəsini görməlisiniz. Ağacın tam təpə nöqtəsindən daha yuxarısını görürsünüzsə geri qayıdaraq mövqeyinizi nizamlayın. Əgər hələ ağacın təpə nöqtəsini görmürsünüzsə bir az daha irəli gedin. Bu şəkildə mövqeyinizi tam müəyyən etdikdən sonra olduğunuz yerə bir işarə qoyun. Daha sonra işarə etdiyiniz yerin ağaca məsafəni ölçün. Ağacın hündürülüyü təxminən bu uzunluqdadır. Bu ölçü zamanı, şəkildə də gördüyünüz kimi, ağacla sizin aranızda xəyali bir dik üçbucaq əmələ gəlir. Bu, eyni zamanda bərabəryanlı bir dik üçbucaqdır. Üçbucağın düz bucağı əmələ gətirən iki kənarının uzunluğu bir-birinə bərabərdir. Yəni ağaca məsafəniz ağacın hündürlüyünə təxminən bərabərdir! Bu halda ağaca uzaqlığınızı ölçərək ağacın yüksəkliyini tapa bilərsiniz.

ağac2

Ağacların hündürlüyünü kartondan bir zolaq istifadə edərək də asanlıqla hesablaya bilərsiniz. Bunun üçün kartondan 30 sm uzunluğunda 4 sm enliyində bir zolaq kəsin. Zolağı dik tutduqda altda qalan kənarının 3 sm yuxarısına da köndələn xətt çəkin.Bir dostunuzdan, hündürlüyünü ölçmək istədiyiniz ağacın yanında dayanmasını istəyin. Siz də əlinizdə karton zolaqla birlikdə ağacdan uzaqlaşın. Üzünüzü ağaca dönüb qolunuzu önə doğru uzadın. Bu zaman əlinizdəki zolağı dik tutun. İndi zolağı göz səviyyənizdə tutaraq ağaca baxın. Lentin yuxarı ucunun ağacın təpə nöqtəsinə uyğun gəlməsini təmin edin. Alt ucunun da ağacın gövdəsinin torpaqla kəsişdiyi yerə düşməlidir. Bunu tam olaraq edə bilmək üçün ağaca olan məsafəni tənzimləmək lazımdır. İndi isə növbə ağacın yanındakı dostunuzundur. Dostunuzdan əlini ağacın gövdəsinə qoymasını istəyin. Sizin yönləndirməyinizə görə əlini aşağı və ya yuxarı hərəkət etdirməsi lazım olacağını bildirin. Dostunuzun əli zolağın aşağı hissəsinə qeyd etdiyiniz xətlə eyni səviyyəyə gəldikdə ona dayanmasını deyin. Artıq əlini tərpətməsin. İndi də dostunuzun əlinin yerdən nə qədər hündürlükdə olduğunu ölçün. Karton zolağın alt ucundakı 3 sm-lik hissənin zolağın onda biri uzunluqda olduğunu xatırlayın. Bu halda ağacın hündülüyü də dostunuzun əlinin yerdən məsafəsinin 10 qatı qədər olacaqdır.

Saytımızda dərc olunan bağçılıqla bağlı digər mövzularla buradan tanış ola bilərsiniz..

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!