Ağacların çoxaldılması – Calaq

Ağaclar əsasən toxumla çoxaldılır. Ancaq bəzi hallarda vegetativ çoxalma, məsələn, qələmlərlə, çəkmə və calaqla daha əlverişli olur. Bu üsul toxumsuz ağaclar, az miqdarda həyat qabiliyyətli toxumlar əmələ gətirən formalar almağa imkan verir. Vegetativ çoxalma iri meyvə verən ağacların cücərtilrinə nisbətən bu formaları daha tez almaq olar. Calaq vasitəsiylə yüksək keyfiyyətli növ və sortlar alınır. Məsələn, tək halda qumlu torpaqlarda bitən və məhv olma təhlükəsində olan gavalı əriyə calaq olunaraq yaxşı meyvə verir. Avropa üzümü isə Amerika üümünə calaq olunaraq daha yaxşı böyüyür. Ona görə ki, Amerika üzümü kökləri zədələyən Avropa fillokserinə daha davamlıdır.

Meyvə ağacları adətən sentyabr ayının əvvəlində calanır. Bağbanların sözlərinə görə, calaq ağaclar mart ayına kimi üç dəfə sulanmalıdır: 

Ağac 3 cür calanır. “Cappa calaq”, göz calağı, bir də “T” şəkilli calaqdır. Ən yaxşı payızda calanandır. Calaq yaxşı olanda yaxşı da meyvə verir. “Cappa calağı” həvəskar calaqçılar edir, ona qələm calağı da deyirlər. Amma kütləvi calamaq üçün “T” şəkilli yaxşıdır”.

Qələmlə çoxaltma üsulu

Qələmlər – zoğların hissələridir. Onların aşağı ucu kök atmaq üçün nəm torpağa və ya suya salınır. Söyüddə, piramida şəkilli qovaqda, ağ akasiyada, zoğalda, ginkqoda, sidrdə və bir çox digər ağaclarda əlavə köklər çox asanlıqla əmələ gəlir. Qələmlər tez müddətdə sərbəst yaşaya bilən bitkilərə çevrilir. Hələ kök əmələgətirməyən təzə qələmlər qurumağa çox həssasdır. Ona görə su itkisini azaltmaq üçün onlarda yarpaqların yarısı təmizlənir və qoruyucu örtüklər və ya su aerozolu ilə çilənmə aparılır.

Calaq (transplantasiya)

Meyvə tingləri yaz və payız aylarında calaq edilir. Calaq üçün seçilən daha yüksək kefiyyətli məhsul verən növlər, həmin növun nisbətən xirda-zəif məhsul verən amma xəstəlik və iqlim şəraitinə daha dözümlü olan növə calaq edilir. Bu üsulda yeni kəsilmiş qələmin kəsik yerini kök atmış bitkinin (ana) kəsiyinə sıxırlar və bu cür vəziyyətdə möhkəm bərkidirlər. Onların toxumları bitişir və bütün sistem birlikdə fəaliyyət göstərir. Qələmi, əsasən, çiçəkləri, meyvələri və digər yerüstü orqanları yaxşı inkişaf etmiş bitkidən alırlar. Ana bitki isə yerüstü orqanları zəif, kök sistemi isə möhkəm olan bitkilərdə olur. Meyvəli və dekorativ ağacları, müxtəlif tipli yarpaqları, çiçəkləri və meyvələri olan bitkiləri almaq üçün calaqdan istifadə edilir. Calaq olmuş bitkinin məhsuldar olması üçün bir sıra şərtlərə riayət etmək lazımdır. Qələm dinclik vəziyyətindən çıxmağa başlamalıdır, yəni – bunun üçün ən yaxşı vaxt-yazdır.

Qələmlə ana bitkinin birləşmə yerini qurumaqdan və xəstəliktörədici orqanizimlərdən qorumaq üçün ona bişirilmiş bağ qətranı sürtürlər. Qələmin və ana bitkinin kambi qatlarını bir-birinə birləşdirmək məqsədyönlüdür. Bu qatlar öz-özünə birləmir. Əvvəlcə iki gövdədə yara toxuma və ya kallus əmələ gəlir. Sonra qələmin ana bitki toxumları arasında körpü əmələ gətirən ksilema, floema və üst qabığın hüceyrələri ayrılır.

Calağın ən yayılmış üsulları – qabıqaltı calaq və göz calağıdır.

Qabıqaltı calaq – iki ucu biz zoğ ana bitkinin kötüyündə kəsilmiş yarığa elə qoyulur ki, onlar kambi zonası ilə birləşsin. Peyvənd, tumurcuqdan və onu əhatə edən qabığın hissəsindən ibarətdir. Ana bitkinin qabığında T- şəkilli kəsik edilir. Peyvəndlik oraya salınır, möhkəm bağlanır, üstünə peyin və ya qətran sürtülür.

Göz calağını – yayın axırında və ya payızın əvvəlində (dəqiq desək: göz calağı – avqustun ortalarından sentyabrın əvvəllərinə kimi) Ana bitkinin qabığı qışda bərkiyənə qədər aparmaq yaxşıdır. Bu üsul ana bitkidən bir neçə peyvənd almağa imkan verir. Albalının, əriyin və gavalının çoxaldılmasında daha çox istifadə edilir. Calağın digər bir üsulu da yaxınlaşıdırma peyvəndidir. Bir-birnə yaxın bitən iki ağacın zoğları kəsilir, kəsik yerləri ilə birləşdirilir, bağlanır və məlhəm çəkilir. Onlar bitişdikdə peyvəndlik onun kökündən ayrılır. Ağac isə calaq yerindən yuxarıdan kəsilir.

Yarma calaq.

Əsasən, diametri ağacın diametrindən az olan iki peyvəndlikdən istifadə edilir. Onların bir ucu hamar pazla birləşir və ağacın kötüyündə düzəldilmiş, onun iki kənarına yaxın, kambial zonasında yerləşən yarığa salınır. Sonra canlı toxumları infeksiyadan qorumaq üçün kəsilmiş açıq yerlərə qətran sürtülür. Meyvə bağlarının salınmasında ən geniş yayılan çoxaltma üsulu basdırma üsuludur. Bu üsuldan alınan cavan ağaclar daha məhsuldar olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!