Əkinçilik

Ağacların düzgün əkilməsi

Bağçılığa aid  nəzəri olaraq hər şeyi öyrənə biləcəyimiz çoxlu məlumat tapa bilərik. Bu məlumatlar ildən- ilə təkminləşir və çox sayda insanlar bəyənir. Bağçılıq təkcə insan fəaliyyəti növü deyil. Həm də maraqlı yaradıcılıq işidir. Sevdiyin iş ilə məşğul olarkən, insan tam olaraq ona qovuşur. 

Əkilən ağaclar

Təcrübəli bağbanlar deyirlər ki, bağbançılıq bir elmdir, bəziləri isə bunu bir qədər fərqli olaraq, sənət adlandırırlar. Bu sözlərin düzgünlüyünə hər bir yeni başlayan bağban əmin ola bilər.ağacların əkilməsi

Hərdən yeni bağbanlar arasında yeni əkilən ağacların tez bir zamanda məhv olduğunu deyənlər olur. Şitillər yaxşıdır və təcrübəli bağbanların məsləhəti ilə düzgün əkilmişdir. Əkilən ağaclar əvvəlcə yarpaqcıqları çıxararaq balaca pöhrələr verməyə başlasada, bir müddət sonra ağac tumurcuq buraxmamış məhv olur. Bəs bu uğursuzluqların səbəbi nədir?

Balaca bir təhlildən sonra biz bu qənaətə gəldik ki, şitil bağbanın sehvinə görə məhv olub. Beləliklə gəlin geniş yayılmış səhvləri daha ətraflı gözdən keçirək:

  1. Köklərə həddindən artıq yüklənilməsi

    • Ağacın əkilməsindən sonra kökündə artıq budaqları aradan qaldırmaq lazımdır. Bu prosedur köklərin həcminə uyğun aparılmalıdır.
    • Şitili satışa hazırlıyarkən onu torpaqdan çıxarmaq lazımdır. Əgər kök hissədə əlavə budaqlar qoysanız, onun gücü çatmayacaq və o məhv olacaqdır.
    • Əgər kök sistemi sağlamgüclü olarsa, onda yarpaqlar tez bir zamanda bərpa olacaqlar.
  2. Kübrələrin həddindən artıq vurulması

  • Həyatda hər şey müəyyən həddə qədər yaxşıdır” qaydasına burada da, əməl etmək lazımdır.
  • Yeni bağban əkin quyusuna mineral gübrələr səpməlidir. Lakin, unutmamalıdır ki,əgər kübrə həddindən artıq olarsa, onda o da bitkinin inkişafına mənfi təsir edə bilər.ağacların əkilməsi
  • Köklərin yerləşdiyi yerə artıq qatqı maddələri, çürümüş kübrələr(kompost) əlavə etmək lazım deyil.
  • Torpaq səthinin yuxarı 30sm hissəsi elementar tərkibi üzrə ağacların köklərinin normal inkişafı üçün ən balanslaşmış lay hesab edilir. Əsrlər boyu yaranan tarazlığı pozmaq lazım deyil. Boş yerə deyilməyibdir ki, hər şeyin yaxşısı təbiət tərəfindən yaradılıb.
  1. Həddindən artıq dərin çuxur

  • Yeni bağbanların çox yayılmış digər səhvi isə, qatı ağır gil torpaqda 50-70 santimetr dərinlikdə, düzbucaq tərəflərlə əkin quyusu(çuxur) qazmaqlarıdır. Nəzərə almaq lazımdır ki, yağış zamanı burda mütləq su yığılacaq.
  • Əgər quyuya təbii toxum əkilibsə, onun kök sistemi mütləq çürüyəcək. Bunun qarşısını almaq üçün, çox sadə qaydaya əməl etmək lazımdır: ağır qatı torpaqda əkin aparan zaman quyu kök sistemindən bir qədər böyük olmalıdır.

Gördüyünüz kimi bu o qədər çətin deyil. Bu sadə qaydalara əməl etsəniz hər şey yaxşı olacaq və dünyamız çiçəklənəcək.

 

Mənbə

 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: