Ağcabədi pambıqçıları indiyədək 26 min tona yaxın məhsul toplayıblar

Ermənistan silahlı bölmələrinin Ağcabədi rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam etdirilir. Tarlalardan hər gün 600 tondan çox məhsul toplanır.

pambıq yığımı agroexpert.az

Agroexpert.az xəbər verir ki, rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədi pambıqçıları bu günədək sahələrdən 25 min 904,01 ton məhsul yığıblar.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673