Ağcaqanadlardan qorunmağın 4 təbii yolu

ağcaqanadlardan qorunmaq üçün

Yay aylarını kabusa çevirən ağcaqanadlardan təbii üsullarla xilas olmaq mümkündür. Necə? Agroexpert.az ağcaqanadlardan qorunmağın 4 təbii yolunu təqdim edir.

İlk növbədə bitkilərdən bəhs edək. Otağınıza, eyvanınıza, pəncərənin qarşısına əkə biləcəyiniz bitkilərlə ağcaqanadlara qarşı qalxan yarada bilərsiniz. Belə ki, ağcaqanadlardan qorunmaq üçün onların zəhləsi gedən bitkilərdən istifadə edin…

Kəskin iyli Sitronella otu

Olduqca kəskin qoxusu olan Sitronella otu ağcaqanadların evinizin yaxınlığından belə keçməsinə mane olur. Eyni zamanda Sitronella yağı həşərat dərman vasitələrində də istifadə edilir.

Ağcaqanad otu kimi tanınan Yalançı Melisa

Xalq arasında ağcaqanad otu kimi tanınan yalançı  Melisa güclü sitrus qoxusuyla ağcaqanadların qorxulu yuxusudur!

Ağcaqanadlardan qorunmaq üçün:

Nanəkimilər fəslindən Pişik nanəsi (Nepeta cataria) istifadə edin.

Nanəkimilər ailəsindən olan pişik nanəsini bir çox ağcaqanad dərmanından belə təsirlidir.

Bibəriyə (Rozmarin )

Yeməklərin əvəzolunmazı bibəriyəni, yay günlərinizi ağcaqanadlardan qurtarmaq üçün istifadə edin.

Digər faydalı məlumatlar üçün bu bölməyə baxa bilərsiniz

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!