Ağcaqanad sancmasından özümüzü necə qoruya bilərik?

Bəzi insanlar ağcaqanadlara demək olar ki həmişə hədəf olurlar. Bəzilərində isə bu tamamilə əksi olur. Bəs buna səbəb nədir?

Ağcaqanadlar ümumiyyətlə yumurta tökdüyü zaman qana ehtiyac hiss edirlər. Erkək yumurtlamadığı üçün sancmır. Dişi ağcaqanadlar isə sancdıqları üçün demək olar ki, hər kəsi narahat edirlər. Ümumiyyətlə isə ağcaqanadların əsas qidası şəkərdir. Bütün ağcaqandlar meyvə nektarı, suları və bitki mayesi ilə qidalanırlar. Şəkər enerji sərf etmək üçün istifadə olunur, qan isə yumurtalar üçün saxlanılır.

Alimlər ağcaqanadların bəzi insanları daha çox sancıb, bəzilərini sancmaması haqda araşdırma aparıblar. Belə nəticə qeyd edilib ki, ağcaqanadlar ehtiyaclarının qarşılaya biləcək mənbəyə tərəf uçurlar. Dişi ağcaqanadlar nəfəs alınan zaman havaya qarışan karbon qazını izləyir və istiqaməti tapırlar.
Özünə yeyinti axtaran bir ağcaqanad bu qazı təqib edir. Və hədəfin üzərinə qonaraq sancır.

Ağcaqanadları uzaqlaşdıran qoxular

Fol turşusu ağcaqanadlar üçün vacib kimyəvi maddələrdən biridir. Saç spreyi, ətir, dezodorant və sabun kimi qoxular bu kimyəvi maddənin izini itirə bilər. Bununla bərabər bu qoxuların tünd olanları milçəklərə daha cəlbedici gələ bilər.

Yəni ağcaqanadların sizi dişləyib dişləməyəcəyi sizdən asılı deyil. Cəlbedici bir qoxunuz varsa, hədəf olmaqdan qaçmaq mümkün deyil. Bunu aradan qaldırmaq üçün bədəninizə ağcaqanad əleyhinə kremlər və ya spreylərdən istifadə edə bilərsiniz. Bu məhsullarda ağcaqanadları uzaqlaşdıran xüsusi bir qoxu var.

Əsasən rütubətli və sərin yerlərdə yaşayan ağcaqanadlar yay gecələrini kabusa çevirən kiçik həşəratlardır.

Ağcaqanadların sancmaması üçün bunlara diqqət:
ağcaqanad sancması agroexpert.az

Sizə təqdim edəcəyimiz bu məsləhətlərlə ağcaqanad hücumlarına məruz qalmadan gözəl yay axşamlarından zövq ala bilərsiniz.

  • Yay günlərində geydiyiniz tünd rəngli paltarlar sözün həqiqi mənasında onlar üçün sığınacaqdır. Açıq rəngli paltar geyinməyə çalışın
  • Tərli nəmli bölgələr ağcaqanadların xüsusilə seçdiyi bölgələrdir. Tez-tez duş alın.
  • Bağçanızda və eyvanınızda natrium lampaları istifadə edin. Həm ağcaqanadlar daha az gələr, həm də və elektrik enerjisinə qənaət imkanı yaradar. Bundan əlavə pəncərələrinizdə ağcaqanad torlarından istifadə etmək ən asan və praktik həllərdən biridir.
  • Onlar mixək yağı, lavanda yağı və portağal qabığının qoxusunu xoşlamırlar. Yay axşamlarında xoş bədən losyonu kimi istifadə edə biləcəyiniz bu yağlar sizi ağcaqanad hücumlarından da qoruyacaq.
  • Çay ağacı yağı, evkalipt və nanə yağını sancdığı zaman həmin yerə sürtün. Bir neçə saniyə ərzində qaşıntı yox olacaq və yara əmələ gəlmədən sağalacaq.
  • Saf vanil yağı da ağcaqanaddan qorunma üsulu olaraq istifadə edilir. Nəbz nöqtələrinə sürtülən vanil yağı sizi görünməz edəcək.
  • Yaşıl limonun üstünə qoyacağınız qərənfillər də ağcaqanadları evinizdən uzaq tutmağınıza kömək olacaq.
  • Evinizin pəncərə kənarlarına reyhan və lavanda dibçəkləri yerləşdirin. Reyhan və lavanda ağcaqanadlara qarşı təbii təsir göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика