Ağdamda heyvandarlıq məhsulların istehsalı artıb

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Heyvandarlıq məhsulların istehsalı

heyvandarlıq məhsullarıRayon Statistika İdarəsindən bildiriblər ki, 2018-ci ilin 9 ayında aşağıda qeyd olunan məshullar istehsal edilib:
  • 3258,6 ton ət;
  • 26 min 777, 4 ton süd;
  • 194,5 ton yun;
  • 10383 min ədəd yumurta.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə:
  • ət istehsalı 4,1 %;
  • süd istehsalı 4,8 %;
  • yumurta istehsalı 60 %;
  • yun istehsalı 23,8 % çoxalıb.
Rayon üzrə ümumi ət istehsalının ailə-kəndli və ev təsərrüfatlarının payına düşür:
  • 99,4 % süd istehsalının;
  • 98,4 % yumurta istehsalı tamamilə;
  • yun istehsalının 96 % fərdi sahibkar.

heyvandarlıq məhsuluHeyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır.

Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlükətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.

Yalnız 2018-ci ilin 9 ayında:
  • 1959 baş inək və düyə süni yolla mayalandırılıb;
  • 1119 baş sağlam cins buzov alınıb.

Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şarole”“Şvis” cinslərindən olan buğaların toxumları istifadə edilir.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!