maraqli Special

Ağıl və zəka eyni qavramdırmı?!

Ağıl və zəka

Süni Zəkanın geniş yayılması ilə bərabər, aqrosektorda tətbiqi ilə bağlı bəzi yazılar yazmağa qərar verdim. Bu istiqamətdə bir-neçə innovativ fikirlərim də vardır, Allah nəsib edərsə cəhd edəcəm. Amma Süni Zəka barədə bir-iki araşdırma etməmişdən qabaq ağıl və zəka sözünün mənasını tam anlamaq lazımdır.

Çoxları elə bilir sağıcılıq qadın peşəsidir. Yox, bu bir filmdən fraqmentdir. Bilən rəydə yazsın. Belə başlayacaqdım: Çoxları elə bilir “ağıl” və “zəka” eyni məvhumdur. Bu əsla belə deyil. Gəlin bu iki anlayışa tərif verməyə çalışaq.

Zəka-beyin gücü, qavrama qabiliyyəti və həll etmə sürətidir.

Ağıl-düşünmə, təcrübə və əxlaqdan ibarət olub, düzgün qərar verməkdir.

Bu tərfilərlə razılaşmamaq olar, daha dolğun tərif verilənə kimi. Gəlin indi bu ikisi arasındakı fərqləri qeyd edək.

Ağıl və zəka

  • Zəka neytral məvhumdur, o məsələni həll edir.
  • Ağıl isə həll edilmiş məsələ ilə bağlı qərar qəbul edir.
  • Ağıl zəkanı idarə edir.
  • Zəka avtomobilin motorudur, ağıl isə sükan.
  • Zəka insana doğuşdan verilir. Ağıl isə yaş, elm və təcrübə ilə dərinləşir.
  • Hər ikisi qabiliyyətdir.
  • Ağıl bizi heyvandan ayıran faktordur.
  • Eynşteyn deyir ki, “ağıl problemi başlamadan çözər, zəka isə problemi çözər”.

Zəka müəyyən istiqamətdə ixtisaslaşa bilir. Məsələn, yaxşı bəstəkar olan biri, sadə riyaziyyat məsələsin həll etməyə bilər. O musiqi bəstələmək üçün zəkasını itiləyib, digər məsələlərdə isə zəkası zəifdir. Amma bu bəstəkar həyatında ağıllı qərarlar alıb-almaması ayrı məsələdir.

Məsələn, məktəbdə deyirlər ki, “zəkalı uşaqdır, amma oxumur”. Amma tərbiyəsin nəzərdə tutanda deyirlər “ağıllı baladır”.

Öz təcrübəmdən deyə bilərəm ki, zəkalı insanlar daha zarafatcıl olurlar. Yaxşı zarafat eləmək özü də zəka tələb edir. Zəkalı insanlar bir az tənbəl olur. Məktəbdə şuluq olurlar.

Tutaq ki, hansısa proqramçı zəkasını (yəni kod yazma vərdişlərini) güclü inkişaf elətdirib daha sonra çox cüzi maaşla hansısa qurumda 20 il işləyirsə, “ağıllı” sayıla bilməz.

Pedaqoji təcrübəmdən bunu görmüşəm. İnsanda bir çox qabiliyyətlər var. Amma üçü çox önəmlidir. Yaddaş, ağıl və zəka. Kiminin yaddaşı güclü olur, kiminin zəkası, kimi isə ağıllıdır. Məsələn, həyatda çox zəki insanlar adətən ağıllı insanlara çalışır. Bu üç özəllik kimdə varsa, bax onlar dahi insanlardır, vunderkindlərdir.

Sonda onu qeyd edim ki, zəkanı ölçmək üçün İQ testlər mövcuddur, ağlı isə həyat özü imtahan edir.

Müəllif: Tural Nağıyev

İstinad.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!