Agro şirkət Koronavirusun fəsadlarından necə qurtuldu?

Koronavirus xəstəliyinin yayılması bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatında da fəsadsız ötüşmür. Nəqliyyatda yaranan problemlər, işçi qüvvəsi baxımından yaşanan problemlər və karantin vəziyyəti…

Bütün bunlar şirkətlərə və digər müəssisələrə öz mənfi təsirini göstəririr. Bu məqalədə sizə  Pekində tərəvəz istehsalı ilə məşğul olan şirkətin bu problemləri necə həll etdiyindən danışacağıq.

Bu şirkət söz verdiyi kimi, koronavirus pandemiyasına baxmayaraq məhsulların qiymətini stabil saxlamağı bacardı.

Şirkət elektron ticarəti xüsusilə qazanclı bir formata çevirdi.
agro şirkətlər onlayn alış agroexpert.az

Pekinin “Hortipolaris” şirkəti ekologiyanın qayğısına qalmaq üçün aqrokimyəvi maddələrin istifadəsini minimallaşdıraraq tərəvəz, ogöyərti və çiyələk istehsalı ilə məşğul olur. Koronavirusla bağlı vəziyyət təhlükə siqnalı idi – çünki şirkət heç nəyə baxmayaraq müştəriləri ucuz və keyfiyyətli məhsullarla təmin edəcəyini demişdi.

Şirkətin meneceri Den Syu deyir ki, Miyonda (Pekin şəhərinin yaxınlığında) yerləşən 3,3 hektarlıq istixanalarında pomidor, çiyələk və kahı istehsal olunur. Məhsullar əsasən Çinin böyük şəhərlərindəki birinci və ikinci dərəcəli supermarketlərdə və nüfuzlu restoranlarda satılır.

O daha sonra bunları əlavə edib:

İşçilərimizin çoxu Pekin yaxınlığında və istixanalara yaxın kəndlərdə yaşayır.

“Buna görə, karantin zonalarındakı maneələri aşmaq məcburiyyətində qalmadılar, vaxtında işləyə bildilər və məhsul yetişdirilməsi prosesləri pozulmadı.

Ölkənin bir çox bölgəsində nəqliyyata maneələr qoyulsa da, bu da şirkətə təsir göstərməyib, çünki menecerlər Pekin və ətraf ərazilərdə öz satış kanallarını pandemiyadan daha əvvəl qurmuşdular. Ancaq nəqliyyat xərcləri keçən ilə nisbətən üç qat bahalaşdı. Çin istehlakçılarına sabit qiymət saxlayacağımıza dair söz vermişdik və artan nəqliyyat xərclərini də öz üzərimizə götürdük və beləliklə epidemiyaya rəğmən məhsullarımızın qiymətləri artmadı.

Ekspress çatdırılma xidmətinin bir çox işçisi karantin tədbirləri altına düşdü və buna görə onlayn sifarişləri vaxtında çatdıra bilmədik. Məhsullar anbarlarda yığılmağa başladı və müştərilər müvəqqəti olaraq yeni sifarişlərini dayandırdılar. Karantin bitən kimi çatdırılma heyəti işə qayıtdı və sifarişlərin çatdırılmasında yaranan geriləmni tez bir zamanda aradan qaldırdıq. Sonra sifarişlərin həcmi yenidən artmağa başladı.

Sifarişlərin qeyri-sabit həcmindən əlavə, məhsulumuz gübrə və qablaşdırma materiallarının tədarükündə yaranan fasilələrə görə də problem yaşadıq. Qablaşdıra bilmədiyimiz üçün sata bilmədiyimiz məhsullar oldu. Bu çətin dövrdə istehsalı dayandırmamaq üçün dost şirkətlərdən tədarük borcu aldıq”.

Den Syunun sözlərinə görə, baş verən hadisə Çin şirkətlərinin dəyişən bir vəziyyətə tez reaksiya vermə qabiliyyətini ortaya qoydu.

“Məhsullarımıza gəldikdə isə, yarpaqlı tərəvəzin sifarişlərin həcmi sürətlə artdı və bazarda gündəlik artan tələbatı ödəmək üçün fidan yetişdirmək və yarpaqlı tərəvəzlərin yetişmə müddətini 30% azaltmaq üçün istilik texnologiyasını tətbiq etdik.

Pərakəndə satışa gəldikdə, Wumei və Jingkelong kimi böyük supermarketlərin bir çox müştərisi onlayn alış-verişə müraciət etdilər. Demək olar ki, dərhal kollektiv onlayn alış seqmenti formalaşdı. Bu üsullar istehlakçılara evdən çıxmadan və infeksiya riski vermədən təzə meyvə və tərəvəz almağa imkan verir. Xüsusilə, hazırda onlayn mağazamızda sifarişlərin ümumi həcmi koronavirus başlamazdan əvvəlki zamanla müqayisədə 50 dəfə çoxdur. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!