AgroTech

AgroTech fermerlərə necə yardım edir?

Yüz illər əvvəl, mexanikləşdirilmiş əkinçiliyin inkişafından və böyük həcimdə işlədilməsindən qabaq, dünya sıxıcı əl əməyi kənd təsərrüfatından asılı idi. Təəccüblü deyil ki, qida istehsalı limitli idi və dünya əhalisi artır, buna görədə çatışmazlıqlar ortaya çıxırdı. Bu gün, texnologiyanın inkişafı sayəsində, fermerlər öz işlərini daha avtomatlaşdırılmış sistemlərə çevirmiş və daha effektiv nəticəsini görürlər. Texnologiya yeni kənd təsərrüfatını daha sarsılmaz hala gətirir və günü gündən inkişaf edir. Hər texnologiyanın yenilənmə dalğasında, kənd təsərrüfat yenilikçiləri daha inanılmaz və praktik həllərlə çətinliklərin qarşısını alırlar. Bəs son vaxtlar texnologiya aqrosektora necə təsir edir?

Texnologiya inkişafda olan ölkələrə rəqabət şansı verir.

İnkişafda olan ölkələr – hara ki, nəzarətsiz səhralaşma, məhsul zərərvericiləri, xəstəliklər və infrastrukturun davamlı olmaması kənd təsərrüfatına təhdid olaraq davam edir – texnologiya çətinliklərə çarə olaraq, lazımlı həyat xəttini təmin edir. Nigeriya və Hindistan kimi ölkələr artıq quraqlığın qarşısını almaq üçün suvarma sistemləri üzərində işləyirlər. Digər tərəfdən, genetik mühəndisliyin zərər verici idarə etmə sistemləri ilə biləşməsi bəzi zərərverircilərin məhsul üzərində təsirini azaltdı və daha çox məhsul əldə etməyə yardım etdi. Buna misal olaraq, bakteriya “Bacillus thuringiensis” pambıq və bəzi digər pul məhsullarının həşərat müqavimətini təmin edir

Həmçinin Afrikadakı fermerlər daha çox məhsul əldə etməsi üçün internetdəki bilgilər və texnologiyalardan istifadəsi üzərində həssaslaşıblar. Kenya və Nigeriyada, “Hello Tractor”  tech startup-ı fermerlərə (kim ki avtomatlaşdırmaya keçid eləyə bilmir) əlverişli qiymətə öz telefonu vasitəsi ilə traktor sifariş edə bilir. Mobil texnologiyanın özü dünyanın hər yerində fermerlər məhsulun əldə edilməsi, hava proqnozları və kənd təsərrüfatına aid taktikaları və həmçinin başqa fermerlərin taktikaları və ticarətçilərin dəyərli məlumatlarını əldə edirlər.

Aqro sektorda ölçüləbilirliyin yaxşlaşdırılması

texnologiya

Texnologiya kənd təsərrüfatında təcrübəliliyə və effektiv metodlara başçılıq edir. Maşınlaşmış əkinçilik inkişaf etmiş ölkələrdə standartdır və indi robotik və hiss etmə texnologiyalar inanılmaz irəliləyişlə təsərrüfat ilə birləşir. Hollandiyada, belə bir plan var ki, avtomatlaşdırılmış robot şirin bibərləri süni zəka və dəqiqi alqoritmlərlə yığsın. Ancaq buna oxşar bir robot Birləşmiş Krallıqda mövcuddur. Bu robot hər iki saniyədə 1 çiyələk yığmaq imkanına malikdir (insana nəzərən, insan dəqiqədə 15-20 ədəd yığa bilir).

Heyvan təsərrüfatında, heyvan izləyiciləri adlanan texnologiya silikon torpaqlarının xilaskarları tərəfindən artıq fermerlərə heyvanların və torpaqların sağlamlığına nəzarət etmək üçün hazırlanmışdır. Ancaq yeni texnologiyadan kənar, son bir neçə ildə, texnologiya kənd təsərrüfatında əsas yer tuturdu, hansi ki əvvəlcədən mövcud idi. Kənd təsərrüfatının səmərəli yollarına (istixana təsərrüfatları) təkmilləşdirilmiş saxlama qurğuları yaratmaq, az resurslardan daha çox istehsal əldə etməyə imkan verdi.

Texnologiya ferma məhsulların daha yaxşı idarə olunmasına icazə verdi

Əvvəllər, fermerlər onların alıcılarına daha yaxın yaşamağa çalışırdılar. Bu gün, qloballaşma fonunda, bəzi ferma işləri alıcıdan minlərlə kilometr uzaqda becərilmişdir. Məsələn, məhşur kofe növlərinin çoxu Braziliya və Vietnamda istehsal olur; buna baxmayaraq, kofe istifadəçiləri hər məhsuldan asanlıqla ləzzət ala bilirlər. Bu texnologiyanın inteqrasiyası sayəsində alınmışdır. Yüksək texnologiyalı saxlama məntəqələri artıq kənd təsərrüfatı məhsulları daha uzun müddət saxlanıla bilər, ya da ehtiyacı müəyyən müddətə işlədilərək qarşılana bilər. Məhsuldarlıq və kârlılığını təbliğ etməklə yanaşı, bu təkmilləşdirilmiş saxlama mexanizmləri, sektorda əvvəllər adi bir məhsulun tullantılarını azaldır.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2050-ci ilə qədər dünyanın əhalisi 9,1 milyard dollara çatacaq. Bu sayda insanları qidalandırmaq, qida istehsalı səviyyəsinin 70% -dən çox artmasına səbəb olacaq. Texnologiya bu artımı qarşılamaq üçün əsas yer tutur. Texnoloji təkamül sürətinin əkinçilik yeniliyi ilə bərabər tutulduğu təqdirdə, sektordan daha yüksək məhsuldarlığı, səmərəliyi və effektivliyi gözləmək olar.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!