Xəbərlər

Ağsuda heyvandarlıq məhsulların istehsalı artıb

Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq məhsullarında dinamik inkişaf davam edir. Təsadüfi deyil. Çün ki, cari ilin on bir ayında da məhsul istehsalında bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Heyvandarlıq məhsulların istehsalı

heyvandarlıq məhsullarıRayon Statistika İdarəsindən  bildirilib ki, 2018-ci ilin on bir ayında bölgədə diri çəkidə aşağıda qeyd etdiyimiz məhsullar istehsal olunub:

  • 4688 ton ət;
  • 27 min 292 ton süd;
  • 8 milyon 36 min ədəd yumurta;
  • 308 ton yun .

Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 10 ton, süd 82 ton, yumurta 483 min ədəd, yun 2 ton çox olub.

Əksər ərazilərdə, xüsusilə Gəgəli, Qaraqoyunlu, Ərəbmehdibəy, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yüksək nəticələr əldə ediblər.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: