AgTech fırtınası bitdimi?

Avropa o qədər sürətlə inkişaf edir ki, yeniliklərin adını öyrənmək belə çətinləşib. FinTech, EdTech derkən indi də AgTech (agro technology) fırtınasına düşdük. Daha doğrusu hər zaman olduğu kimi fırtına bitəndən sonra ayılmışıq yenə…

Бум AgTech ещё впереди — мнение эксперта

AgTech-i kənd təsərrüfatı sahəsində startup-lar topluluğu kimi qəbul etsək, bu inkişafın gələcəyi barədə nə deyə bilərik?! Yenə “bəyaz insan” (avropa) bu işin qaymağını yedi bizə bir şey qalmadımı? Yoxsa bu sahədə yeni startup-lar eləməyə dəyərmi?

Bir çox aqronom, fermer və investorlar AgTech startup dövrü yekunlaşıb. Yatırımlar azalıb, əsas startup-lar satılıb, digərləri batıb. Digər tərəfdən nəzərə alsaq ki, aqrosektorla əhalinin 3-5%-i məşğul olur və məşğul olanların texnologiya səviyyəsi bir o qədər yuxarı deyil bu işin prespektivi qaranlıq görünür. Gəlin əsas faktorlara nəzər salaq. Ümumiyyətlə indi qeyd edəcəyim maddələr təkcə aqrosektorda yox, bütün sahələrdə startup-ınız üçün uğur faktoru olacaq.

  1. Geniş istifadə əksikliyi
    Hər nə qədər startuplar çox olsa da fermerlər bunları öyrənib tətbiq eləməyə həvəsli olmadılar. Məncə uzun müddət də olmayacaqlar. Kəndli üçün xarab dronla məşğul olmaqdansa, sahəni özü atda gəzmək daha xoşdur bəlkə də.
  2. İstifadəçi dostu startup
    Var olan startup-ların istifadə sadəliyi əksik idi. Ona görə kimsə çox sadə (userfriend) startup edərsə məncə bazarda hamıdan qabağa çıxa bilər.
  3. Variant çoxluğu
    Burda mütəxəssislər tövsiyyə edir: elə həll düzəldin ki, istifadə zamanı çox az vaxt aparsın.
  4. Konsolidasiya
    BASF, Bayer və John Deere il boyu startup almaqla məşğul idilər. Burda önəmli olan məlumat toplamaq özəlliyidir. Yanaşma isə hamısında eynidir, istər Farmers Edge, istər FarmLogs.

Bax bu axırıncı maddə çöx önəmli olacaq. O startuplar ki, daha çox məlumat sahibi olacaq onların gələcəyi parlaqdır. Çünki məhz bu məlumatlar aqrosektorda gələcəkdəki analizlər üçün Big Data və Süni İntellektin əsasını təşkil edəcək.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669