Akvariumda hansı balıqları saxlamaq daha yaxşıdır?
Uzunömürlü balıqlar
Keçən məqalədə biz akvariumun işə salınmasının mərhələləri haqqında yazmışdıq. Bugün isə söhbət uzunömürlü balıqlar haqqında gedəcək. Daha doğrusu akvariumda hansı balıqlar saxlanılacaq… İnsanların böyük bir qismi sualtı aləmin ən böyük nümayəndələrini seçmək istəyir. Amma anlamaq lazımdır ki, sizin sevdiyiniz balıq saxlanma baxımından çox diqqət tələb edə bilər. Buna görə də, əgər siz ilk dəfədir akvariumda balıq saxlamaq qərarına gəlmisinizsə, balıqları alarkən onların xüsusiyyətlərinə diqqət etməlisiniz. Sözü gəlmişkən, şirinsulu akvariumların çoxlu sayda parlaq və gözəl sakinləri var, hansı ki, saxlanma baxımından iddialı deyirlər və uzunömürlüdürlər.
Onlar bu balıq növləridir: Quppi, Lil balığı, Barbus, Petsiliya, Ördəkburun, Xoruzburun, Molineziya, Mərmər quram və Neon. Gəlin indi onlarla daha yaxında tanış olaq.
Balıqların növləri
Quppi – bunlar balaca diridoğan balıqlardır. Onlar yeni balıq saxlamağa başlayanlar arasında məhşurdurlar. Onları istənilər zoomağazalarından almaq olar. Erkəklər dişilərdən daha gözəldir və rəngbərənglidilər və quyruqlara malikdilər. Bu balıqların bəzi nümayəndələrində hətta bədəni də rəngbərəng olur. Dişilər daha böyükdürlər, amma zahirən boz və çəpəldirlər. Onlar daha canlıdılar və yaxşı balalayırlar.
Lil balığı – hər bir akvariumun daimi sakinləridir. Onlar altda uzməyi və başqa balıqlardan qalan yemlə qidalanmağı sevirlər. Bu komik canlılar balıq “yataqxanasının” əsl tibb bacılarıdır. Son dərəcədə primitivdirlər və su temperaturun hər hansı dəyişikliyinə dözümlüdürlər.
Barbuslar sülaləsi – yeni balıqçılar arasında ən iddiasız və məhşur balıq növü sumatra barbusudur. Onun çox gözəl zolaqları var və elə də böyük deyil. Barbuslarda döyüşkən xəsiyyəti var, ona görə də onlar özlərini müdafiə edə bilirlər. Hərdən, hətta daha zəif olan qardaşlarına hücüm edə bilərlər. Ona görə də onları başqa qonşuların yanına yerləşdirərkən hazır olmaq lazımdır ki, barbuslar onları dimdikliyəcəklər (xususi ilə uzun quyruqlar və üzgəcləri olanları). Həmçinin onlar canlı akvarium bitkilərini də yeyə bilərlər.
Petsilyalar – balıq növü sarı-qəhvəyi rəngə boyanıb və quyruğunda iki tünd ləkə vardır. Seleksiyanın itaətsizliyinə baxmayaraq akvariumçular müxtəlif rənklərdə petisiyaları yaratmağa müvəffəq olublar. Bu balıq növü qidaya o qədər tələbkar və təcəvüzkar deyil. Onlara istənilən quru qida yarıyar. Onlar yaxşı balalayırlar, buna görə də akvariumda yeniliklərə hər zaman hazır olmalısınız.
Ördəkburun – saxlanmada müstəqildirlər, petisiyalara oxşayırlar. Bu iki balıqların arasında orta balalar ola bilər. Daha təcəvüzkar xüsusiyyəti vardır.
Molineziyalar – zahirən bu balıqlar ördəkburunlara oxşayırlar. Ördəklər daha geniş quyruq və daha böyük bel üzgəclərə sahibdirlər. Bu balıqların vəhşi növləri əsasən, petisiyalara oxşayırlar. Onlar kifayət qədər uzunömürlüdülər. Məsələn, yelkənli molineziya balığı yaxşı şəraitdə akvariumda 8 ilə qədər yaşıya bilər. Bu balıqlar hər şeyi yeyə bilir, amma onlar üçün qidalanmağın müxtəlif olması vacibdir (diri, quru, dondurulmuş və s.). Bunu da qeyd edək ki, onlara daha geniş akvarium lazımdır.
Mərmər quramlar – böyük balıqlar labirint ailəsinə aiddir, yəni, ləkəli və mavi rənkli fərdlərin cütləşdirilməsindən alınıb. Onların rəngi mərməri xatırladır. Buna görə onlara belə ad verilib. Onların fiziki xüsusiyyətlərinə görə rahatlıqla oksigenin azlığına davam gətirə bilirlər. Onlar xarakterlərinə görə sakit və yavaşdırlar. Onalrın zahiri görünüşü insana sakitlik gətirir. Beləliklə, mərmər quramlar sahibləri üçün əla psixoterapistdirlər.
Neonlar – bunlar sürü balıqlardır. Suyun kimyavi tərkibinə və yeməyə qarı davamlıdırlar. Zahirən neonlar çox qeyri-adidirlər. Elə təssəvvür yaranır ki, onlar daxildən işıqlanırlar. Bu balacalar başqa balıqlar üçün yüngül ovdur, ona görə də onları özləri kimi balaca və sülhsevər qonşularla saxlamaq daha yaxşıdır. Böyümüş neonların yanına yerləşdirmək də olar.
Balıqların qonşuluğu
Akvarium sakinlərinin birgə yaşamağı ilə bağlı sakit və qurbansız olması üçün, bi sıra sadə qaydaları bilmək lazımdır.
Arzu olunur ki, ayrı-ayrılıqda saxlanılsın:
— balıqların qidalanması və suyun parametrlərində müxtəliflik;
— sülhsevər və yırtıcı növlər;
— cox böyük və balaca balıqlar.
Balıqların nə qədər bioloji yaxın qoxumluğu varsa, o qədər onlara birlikdə yaşamaq daha rahat olacaq.
Bəzi balıqsevərlər çalışırlar ki, öz akvariumuna bir regionun nümayəndlərini (məsələn, yalnız Cənubi Amerika, ya da yalnız şərqi Afrika) yerləşdirsinlər.
Eksperement aparmaq istəyənlər də olur. Onlar müxtəlif rəngdə olan balıqları birləşdirmək istəyirlər, amma bu heç də düzgün addım deyil. Akvariumda vəşi təbiyyətdə olduğu kimi davalar baş verəcək və ən güclüsü qalib gələcək.