akvarium

Akvariumun düzgün qoşulma qaydaları

Akvariumun qoşulması

Bu sizə çox sadə gələ bilər, amma düşündüyünüz kimi də asant bir iş deyil. Akvariumun düzgün qoşulması üçün bir neçə gün, hətta həftə lazım ola bilər. Niyə belə uzun zaman lazımdır? Çünki bizim məqsədimiz hansısa qabı küncə qoymaq deyil, həm də balıqların yaşaması üçün lazımı şəraiti yaratmaqdan ibarətdir. Elə etmək lazımdır ki, onlar sağlam olsunlar və onlara suda hərəkət etmək rahat olsun. Biz bunların hamısı haqqında ətraflı məlumatı sizələrə təqdim edirik:

agroexpert_akvarium

  • Əvvəl qərar vermək lazımdır ki, biz hansı akvarium istəyirik. Akvariumun seçimi maliyyə, mənzildəki (ofisdəki) yerdən və bir sıra başqa faktorlardan asılıdır. Həmçinin balıqların sayını və ölçüsünü də nəzərə almaq lazımdır.
  • Sonra hansı balıqları almaq istədiyinizə qərar vermək lazımdır. Əgər böyük akvarim (200 litrədən artıq) alsanız, onda gələcəkdə daha fərqli addımlar atmağa imkan yaranacaq. Belə akvariuma həm balaca, həm də böyük balıqlar yerləşdirmək olar. Balaca akvariuma isə yalnız müəyyən kiçik ölçülü balıqları yerləşdirmək olar.
  • Daşları, bitkiləri, kötükləri və başqa aksesuarları akvariumda yaşayacaq balıqların növünə görə müəyyən etmək lazımdır. Məsələn, əgər siz yayın balığını, ansitrusu və ya bunun kimi balığ növlərini saxlamaq qərarına gəlmisinizsə, onda akvariuma gövdə və kokosları yerləşdirmək lazımdır, çünki onlar bu sakinlərə qidanın həzmi üçün lazımdır (bu balıqlar onunla oynamağı sevirlər). Torpedosayağı barbuslar, məhələn yeməyi çox sevirlər. Əgər siz belə balığları saxlamaq istəsəniz, onda sizə çox güman ki, akvariumun süni yaşıllaşdırmağa diqqət edəsiniz.
  • Gəlin keçək ən maraqlı məqama – akvariumun doldurulmasına. Onu harda yerləşdirmək sahibinin fantaziyalarından aslıdır. Ən əsası qızdırıcılardan və imkan daxilində günəş şualardan da uzaq yerdə qoymaq lazımdır. Sadə akvarium (böyüdülməmiş altı ilə) yumşaq materialdan xususi dəstək üzərinə quraşdırmaq lazımdır ki, yükü hər yerə eyni bölünsün. Elə bir akvariumlar da var ki, onların altına heç bir şey qoymaq lazım deyil. Sadəcə akvariumu balaca daşlarla, bitkilərlə və s. doldurmaq lazımdır. Əgər akvariumda püskürdücü quraşdırmaq lazımdısa, onda daşlardan əvvəl altdan püskürdücünün borularını keçirdin. Bunun üçün xüsusi avadanlıq mövcüddür. Onun köməyi ilə bu cur əməliyyatları həyata keçirmək olar.
  • Qumu akvariuma yerləşdirərkən qatı layını arxa divarına, daha nazik layını isə qabaq divarına yerləşdirmək lazımdı. Onları yerləşdirdinizsə, indi isə bitkiləri yerləşdirmək zamanıdır. Bunu ən yaxşısı su ilə doldurandan bir necə gün sonra etmək olar. Hər etimala qarşı 3-5 gün gözlədikdən sonra akvariuma bitkiləri yerləşdirin. Hündür yosunları arxa şüşəyə tərəf, daha alçaq bitkiləri qabağ şüşəyə tərəf əkin. Ondan sonra buğdaları və daha böyük olan daşları yerləşdirmək olar. Diqqətlə akvariumu su ilə doldururuq. agroexpert_akvarim
  • Sonra filtiri müəyyən edirik. Bundan əvvəl filteri onun məhsuldarlığını və həcmini nəzərə alaraq seçməliyik. Filtiri və aelilyatoru quşuruq (suyu oksigenlə təmin edən qurğu). Akvarium 10-15 gün işləməlidir. Bu zaman ərzində akvariumda müəyyyən bioloji proseslər baş verir və bitkilər inkişaf etməyə başlayır. Bir həftədən sonra akvariuma istəsəniz ilbizlər də  yerləşdirə bilərsiniz. Daha bir həftə gözləmək və istəyə uyğun bir az da yem əlavə etmək olar . Onu gündə bir dəfə də əlavə etmək olar ki, bioloji proseslərin tezləşsin (onları ya ilbizlər yeyəcək, ya da bitkilər qalıqları təkrar emal edəcək).
  • Beləliklə, ilk balıqları 2-3 həftədən sonra akvariuma daxil etmək olar. Bunu mərhələrlə (bir-bir iki-iki) bir necə gündən sonra təkrarlıyaraq edirlər. Beləliklə ilk bir neçə həftədən sonra akvariumda bütüm sakinlər üçün lazım olan bioloji tarazlığ qurulacaq.

Əgər, yeni akvariumun ilk başlanğıcı uğurla həyata keçsə, onda daxil edilən balıqlar daha artıq müddət yaşayacaqlar. Siz bunu onların rəngindən, özlərin aparmağından və iştahından başa düşəcəksiniz.

Su sakinləri həddindən artıq yedirmək olmaz, çünki bitkilər qalıqların təkrar emalını edəcəklər. Ona görə də suyun kefiyyətini saxlamaq üçün balıqları artıq yedirməkdənsə, az qidalandırmaq daha yaxşı olar.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: