Alaq otu kimi bilinən, xərçəng xəstəliyinə faydalı bitki

agroexpert.az zəncirotu faydaları
Zəncirotu bitkisi haqda nə bilirik?

Antarktidadan başqa bütün qitələrdə yetişirən bu bitki mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Çoxillik bitki olan zəncirotunun hündürlüyü təqribən 1 metrə qədər uzana bilən çoxillik bitkidir. Gövdəsi tükcüklərlə örtülü, içi boşdur. Zərcirotunun çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində C, B2 vitaminləri, karotin var. Sözügedən bitkinin Azərbaycanda 13 növü var. Bəzi növlərinin kökündə kauçuk var.

Böyüyərkən etilen qazı ifraz edir.Bu da meyvə bağlarında başqa alaq otlarının böyüməsini ləngidir. Meyvə bağlarında meyvələrin tez yetişməsinə kömək edir.  

Bitkinin faydaları

Alaq otu kimi tanıdığımız, yaşıl çəmənlərdə çox vaxt qarşılaşdığımız zərcirotu çiçəyi bir çox xəstəliklərə faydalıdır.

Təbabətdə dərman kimi istifadə olunan bitki öd kisəsi və qaraciyər xəstəliklərinə, xroniki qaraciyər iltihabına, dərinin qaşınması, sızanaq və sədəf xəstəliyinə müsbət təsir göstərir. Mədə mayelərini tənzimləyir və mədəni təmizləyir. İştahaaçandır. Qanı təmizləyir. Bədəni gücləndirən qüvvətli bir toniktir. Sidik qovucudur. Laksatif təsir göstərir.

Bundan əlavə diabet xəstəliyinin də dərmanı olaraq istifadə olurnur. Bildiyimiz kimi dünyada günü-gündən daha da artan diabet xəstələri bu bitki vasitəsi ilə bədəndə olan insulin miqdarını tənzimləyə bilərlər. İngilis alimləri araşdırmaları əsasında zəncirotu kökü lifinin diabet riskini azaltması təsdiqlənib. Beləki zənciotu diabetin qarşısını alır.

Tərkibndə əsasən A vitamini olan bu bitki ən çox Qırmızıdərililər tərəfindən istifadə olunur.

Xərçəng xəstələri üçün çox faydalı bitkidir. Bu xəstələr bitkinin kökündən çay kimi istifadə edirlər.

Zəncirotu bitkisindən necə istifadə etmək olar?

Saplaqlar çiçəklərlə yuyulduqdan sonra çiçəklər kəsilir və saplaqlar yavaşca çeynənir. Acı, xırtıldayan və şirəli dadı var. Gündə 5-6 çiçək sapı yeyilə bilər.

agroexpert.az zəncirotu

Çiçəkləmədən əvvəl yarpaqlarından salatlarda istifadə edə bilərsiniz.

Bundan əlavə dərman vasitəsi kimi istifadə olunmaq üçün bitki kökləri qurudulur. Quru kök parçalarından 2-3 çay qaşığı suya atılaraq qaynadılır, sonra altı azaldılaraq 15-20 dəqiqə daha qaynama davam etdirilir. Bu şəkildə hazırlanmış olan qarışıqdan gündə iki dəfə bir stəkan içilə bilər.

Bu bitki ilə rəndələnmiş pomidor qarışığını makaron sousuna əlavə edə bilərsiz.  Səhhətnizə çox faydalı olacağını görəcəksiniz.
Çiçəklərini qopardığınız zaman axan südü üzdəki ləkələrə yaxşı təsir edir. Üzün dərisinin parlaqlığını təmin etdiyi deyilir. Arı sancmasına qarşı da təsirlidir. Ancaq bəzən allergiyaya yol aça biləcəyinə görə də diqqətli olun.

Çiçəkləri ilə pivə və şərab hazırlanır. Boğaz ağrılarına qarşı şirin məhlul etmək istəsəniz 400 ədədə qədər yaxşıca açmış çiçəkləri yığıb suda qaynadın və süzün. Çıxan suyun ölçüsündə şəkərlə qaynadıb içinə bir limon sıxın. Mürəbbəni şüşə qaba doldurun. Mürəbbəni qışda boğaz ağrısı və sadalanan başqa xəstəliklərdə şəfalı bir təbii dərman kimi istifadə edə bilərsiniz.

Zəncirotu bitkisinin dərman kimi istifadə olunan növləri

Yabanı bitən zəncirotu bitkisinin çox növü olsa da, dərman kimi yalnız 3 növündən istifadə olunur.

  • Krım saqqız
  • Kök saqqız
  • Dərman zəncirotu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!