Alibaba dünyada ən dəyərli Aİ startup qurur

startupİnternetdə son dönəmlərdə çox populyarlaşan Alibaba Group, kvant kompyuter, machine learning, şəbəkə təhlükəsizliyi, internet əşyaları kimi texnologiyaları inkişaf etdirəcəyini elan etdi. Bunun üçün o dünya tarixində ən böyük startup layihə qurur.

Bu gedişlə Alibaba ən böyük rəqibi Amazona çatacaq. Asyalı şirkət DAMO adlı proqram hazırlayıb. DAMO Discovery for Adventure, Momentum və Outlook sözlərinin qısaltmasıdır. Yəni şikrət kəşf, macəra, momentum və görünüm üzərində çalışacaq və bu istiqamətli startup və innovasiyalara üstünlük verəcək. Dünya səviyyəli 100 araşdırmaçını bu proqrama daxil edəcəklər. İki ədəd də böyük laboratoriya da açacaqlar.

Alibaba qarşıdakı 3 ildə sadəcə araşdırmalar üçün 15 milyard ayırıb. DAMO akademiyanın başında Alibaba CEO-larından biri Jeff Zhang duracaq.

Bildiyimiz kimi Google Aİ (süni zəka) sahəsində çox böyük irəliləyişlər edib. Hətta bu inkişaf bəzən qorxuducu səviyyədə olur. Google şirkətini Terminator filmindəki Skynetlə bir tutanlar da var.

Alibaba bu yatırımlarla Google, Facebook və İBM kimi nəhənglərə çatmağı hədəfləyib.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669