Reseptlər

Alma cemi (RESEPT)

Cem istehsalı həm asandır həm yaxşı biznes ideyadır. Bir çox meyvələrdən cem (povidla) düzəltmək mümkündür. Alma cemi həm səhər süfrəsində çayla istehlak olunur, həmçinin un məmulatlarında geniş istifadə olunur. Bu gün sizə alma cemi reseptini təqdim edirik.

alma cemi

Alma cemi hazırlanması:

Tərkibi:

  • 2 kq alma
  • 1,4 kq şəkər tozu
  • 1 l su

Hazırlanma qaydası:

Almaları yuyub, qabığını və içərisini təmizləyin. Bişirəcəyiniz qaba töküb, üzərinə su əlavə edin. Zəif odda bişirin. Meyvələr yumşalan zaman, elə bişirdiyiniz qabın içərisində, blenderlə tam əzib, püre halına gətirin. Sonra üzərinə şəkər tozu səpib, zəif odda bişirməyə davam edin. Kütləni tez-tez qarışdırın ki, dibi yanmasın. Povidla tam qatılaşan kimi ocaqdan götürün. Şüşə qablara töküb, ağzıbağlı şəkildə soyuducuda saxlayın.

Alma povidlasını günün istənilən vaxtında çay süfrəsinə təqdim edə bilərsiniz. Digər dadlı reseptlərlə saytımızın bu bölümündə tanış ola bilərsiniz!

Nuş olsun!

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!