Almada göbələk xəstəlikləri

Sitosporoz almanın gövdəsinin qabığının müxtəlif hissələrini yoluxdurur. Əvvəlcə qabığın üzərində tünd rəngli yaralar əmələ gəlir və bu yaralar getdikcə dərinləşir və daha çox sahəyə yayılır. Sitosporoz tez yayılır, rəngi dəyişir və palıdı-qırmızı rəng alır. Nəticədə gövdənin xeyli hissəsinin qabığı məhv olur və budaqlarla birlikdə tökülür.

Dəmgil

Dəmgil yarpaqların üzərində qonur örtüyün əmələ gəlməsi ilə başlayır, sonradan bu yarpaqlar quruyur və tökülür. Yoluxmuş meyvələrin qabığının üzərində kiçik solğun-tünd rəngli, sərhədləri dəqiq görünən ləkələr əmələ gəlir və meyvələr çirkin görünüş alır. Meyvələrin yoluxmuş hissələrində çatlar yaranır. Belə meyvələrdəki ləkələr saxlama zamanı böyüyür və meyvə soluxur. Dəmgil meyvədə çürümə əmələ gətirməsə də bunun üçün mühit yaradır.

Unlu şeh

Almanın zoğlarını, tumurcuqlarını, yarpaqlarını və gövdəsini yoluxdurur. Bu orqanların üzərində əvvəlcə çirkli-ağ örtük əmələ gəlir və bu örtük tədricən qonur rəng alır. Ləkələrin üzərində qara nöqtələr də yarana bilər. Yoluxmuş yarpaqlar saralır, tez quruyur, zoğlar inkişafdan dayanır və ağac meyvə verə bilmir.

Alternarioz

Almada göbələk xəstəliyi

Almanın yarpaqlarını və meyvələrini yoluxdurur. Xəstəliyin ilkin əlamətləri yarpaqların üzərində bənövşəyi rəngli sərhəddi olan kiçik tünd-palıdı rəngli ləkələrin əmələ gəlməsi ilə müşahidə olunur. Ləkələr getdikcə böyüyür və bəzən də birləşə bilirlər. Xəstəliyin ilkin əlamətlərini çiçəkləmədən təxminən bir ay sonra görmək olar. Xəstəliyin yayılması su, külək və həşəratların vasitəsilə baş verir. Yoluxmuş meyvələrin toxuması bərkiyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика