Almada virus və bakteriya xəstəlikləri

Bildiyiniz kimi bitki xəstəlikləri qeyri-infeksion və infeksion xəstəliklər olaraq iki qrupa ayrılır. Qeyri-infeksion xəstəliklərə abiotik amillər səbəb olur ki, bunlara da

  • əlverişsiz meteoroloji,
  • torpaq və hava şərati
  • aşağı və yüksək temperatur, suyun və qida elementlərinin çatışmazlığı və ya normadan artıq istifadəsi,
  • torpağın turşuluğunun normadan aşağı və ya yuxarı olması,
  • havada zərərli maddələrin olması və sair kimi amillər aiddir.

Böyük təəssüf hissi ilə qeyd etmək istərdik ki, pestisid satışı ilə məşğul olan qeyri-professional “ticarətçilər”-in tövsiyyələrinə inanaraq fermerlərimiz qeyri-infeksion xəstəliklərə qarşı da pestisidlərlə mübarizə aparmağa çalışırlar ki, bu da çox böyük səhvdir və onlar üçün səmərəsiz izafi xərcdir.

Qeyri-ifeksion xəstəliklər əmələ gəldikdə sadəcə bu xəstəliklərə səbəb olan abiotic ammillərə diqqət etmək və onları normaya uyğunlaşdırmağa çalışmaq lazımdır. İnfeksion xəstəliklər isə patogen orqanizmlər tərəfindən törədilir ki, bunlara da viruslar, bakteriyalar, göbələklər və mikoplazmalar aiddir. Bu xəstəliklərə qarşı mübarizədə aqrotexniki, mexaniki, bioloji və kimyəvi üsullardan istifadə etmək lazımdır.

Azərbaycanda alma istehsalı sahəsində çalışan fermerlər texniki dəstəyə daha çox ehtiyac duyurlar. Bu səbəbdən kiçik də olsa, ölkədə geniş yayılan almanın virus və bakterial xəstəlikləri haqqında sizləri məlumatlandırmağı özümüzə borc bildik.

Almada çoxlu sayda yan zoğların əmələ gəlməsi – Poliferasiya (İfritə süpürgəsi) virus xəstəliyinin əlamətidir. Qırmızımtıl rəngli yan zoğlar yay fəslinin ikinci yarısında yatmış tumurcuqlardan əmələ gəlir. Belə zoğların buğumaraları qısa olur. Ağacın böyüməsi ləngiyir, zəif meyvə əmələ gətirir və bu meyvələrdə toxumlar yetişmir. Yoluxmuş ağacların yarpaqları kiçik, qısa saplaqlı, xlorotik rəngdə olur. Bəzən belə ağaclarda çiçəkləmə gecikir və əmələ gələn çiçəklər kobud, meyvələr kiçik və solğun rəngli olurlar.

almada virus xestelikler

Mozaika

Yazda almanın yarpaqlarında açıq-yaşıl, sonradan solğun-yaşıl və ya ağ zolaqların görünməsi ilə müşahidə olunur. Tədricən yoluxmuş yarpaqlar tökülür. Virusun bu əlamətləri ancaq cavan ağaclarda görünə bilir, yaşlı ağaclarda isə bu əlamətlər görünmür.

almada bakterial xestelikler

Almanın xırda yarpaqlılığı (rozetkavariliyi)virus xəstəliyi ağacların inkişafını ləngidir. Zoğlar zəif boy atır, yarpaqlar qaba, kövrək və dalğalı olur. Yarpaqların qıraqları bükülür, ölçüləri sağlam yarpaq ölçüsündən iki dəfə balaca olur. Çiçəkləmə normal olur, ancaq meyvə əmələgəlmə prosesi çətinləşir. Əmələ gələn meyvələr isə çox kiçik olur.

Bakterial xərçək və ya bacterial nekroz bitkinin bütün yerüstü orqanlarını yoluxdurur. Cavan zoğların üzərində suluqlar əmələ gəlir, yarpaqlarda palıdı rəngli ləkələr yaranır. Yoluxmuş budaqlar odda yanmış kimi görünür. Xəstəlik erkən yazda generativ orqanların qonurlaşması və qaralması ilə başlayır və bu orqanların inkişafı dayanır.

Kökün bakterial xərçəngi

Əvvəlcə kök boyuncuğunda və sonradan gövdə və budaqlarda sığallı artıq kütlənin, şişmələrin görünməsi ilə başlayır. Bu hissələr əvvəlcə palıdı sonara isə qara rəngdə olur. Bakterial şişlər gövdəyə, budaqlara və köklərə yayılarır və bərkiyir. Ağacın yeraltı və yerüstü orqanları normal fəaliyyət göstərə bilmir və ağac məhv olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!