Almaniyada Koronavirus kartofa tələbatı artırıb
Almaniyada un və tualet kağızı ilə yanaşı digərən populyar istehlak məhsulu kartofdur. “İkinci çörək” çatışmazlığı yoxdur və fermerlər kartofun erkən əkilməsinə başlayıblar.
Almaniyada kartofa güclü tələbatın olduğunu fermer mağazaları, marketoloqlar və pərakəndə satış üçün olan qablaşdırma şirkətləri bildirib.
Alman kartof istehsalçıları xüsusilə təbii məhsullara tələbatın çox artdığını təsdiqləyiblər. Buna görə də alıcılları xəbərdar edirlər ki, təbii kartofu ev şəraitində uzun müddət saxlamaq olmaz, onu tez istifadə etmək lazımdır.

İstehsalçılar ötən ilin ikinci yarısında ixracatlarını artırsalar da, Almaniyada kartof çatışmazlığı gözlənilmir, yerli bazar üçün tədarük vəziyyəti yaxşıdır. Digər tərəfdən, Alman kartofunun, xüsusən də Asiyaya ixracı, lojistik problemlərə görə əziyyət çəkir.
Alman Kartof Ticarət Birliyi (DKHV) də Almaniyadan kartof satışının çox yüksək olduğunu və emal zavodlarının, qablaşdırma fabriklərini tələbatı ödəmək üçün gərgin iş rejimində fəaliyyət göstərdiyini deyir.
Birlik istehlakçılara Alman kartofu tədarükünün təmin olunduğunu bildirir. Son illər ərzində Almaniyada insanları il boyu alman kartofu ilə təmin etmək üçün müasir və risksiz bir infrastruktur yaradılıb. Bu innovativ soyuducu anbar sistemlərinə qoyulan investisiyalar sayəsində mümkün olmuşdur.
DKHV-in prezidenti və beynəlxalq kartof ticarətçisi Tomas Herkenrat mart ayının ortalarından bəri kartof satışında artımın müşahidə edildiyini, hətta bəzi supermarketlərdə kartof rəflərinin boş qaldığını deyib.
“Əlbəttə ki, bu məhsula tələbatdan məmnunuq. Ancaq təcrübəmizə görə, bütün fərdi ev təsərrüfatları çoxlu miqdarda təzə kartofu düzgün saxlaya bilmirlər. Buna görə də tövsiyə edirik ki, yalnız ehtiyac olduğu təqdirdə supermarketdən kartof alsınlar. Çatışmazlıq yoxdur, xüsusi təchiz olunmuş anbarlarımızda çoxlu miqdarda kartof var. “
Artıq yerli kartof fermerləri də kartof mövsümünü açıblar.
Ümumiyyətlə Almaniyada kartof əkini təxminən 10 Mart tarixində başlayır. Bir qayda olaraq, fermerlər torpaqda əvvəlcədən çiçəklənmiş kartof əkirlər və daha sürətli böyüməsi üçün ərazinin üçdə birini falqa materialı ilə örtürlər ki, istehsal olunan ilk yerli məhsul may ayının ortalarından etibarən satışa çıxarılsın.