Alpin keçi cinsi

Alpin keçi cinsi saanen və hələb keçiləri qədər məşhur olmasa da verimliliyinə görə heç onlardan geri qalmır. Üstəlik onlardan daha gözəldir, ceyrana bənzəyir. Alpin keçi cinsi əcdadlarının neçə min il əvvəl İran dağlarında yaşamış vəhşi keçilərdən Bezoar və Pəşəng olduğu təxmin edilir.

alpin keçi cinsi

Keçi biznesi çox gəlirli və gözəl işdir. Bu işlə südlük istiqamətdə məşğul olmaq daha sərfəlidir. Biznesi quranda hansı südlük keçi cinsi seçəcəyiniz də önəmlidir. Məsələn yerli keçilər çox az süd verir, 500-800 qram. Cins keçilər isə gündə 2-5 litr süd verə bilir. Daha əvvəl saanen keçi cinsi haqqında məqalə yazmışdıq. Bu məqalədə alpin keçi cinsi barədə danışacayıq.

Alpin keçiləri çox fərqli rənglərdə ola bilər. Ən yayılmış növü ceyran rəngində, belində xətt olan versiyasıdır. 8 fərqli rəng və quruluşda alpin keçi irqi olduğu bilinir. Bunlardan Qarasifət, Qaraboyun, Ağboyun, alabula kimi çeşidləri saymaq olar.

Alpin keçi cinsi buynuzlu və saqqalı olur. Təkələrin saqqalları biraz daha uzun olur. Vətəni Fransa və İsveçrə sayılır. Amerika və İngiltərədə də alpin keçiləri çox yetişdirilir.

Alpin keçi cinsi özəllikləri

Təkələr ortalama 81 sm, dişilər 76 sm boyunda olur. Bəzən 100/83 sm-ə də çatırlar. Baş və qulaqlar orta ölçüdə olur, qulaqları dikdir. Əkiz balalama nisbəti yüksəkdir. Daha yaxşı yemləmədə demək olar ki, hamısı əkiz balalayır. 

  • Diri çəkisi: Erkək 80-90 kq, dişi 60-80 kq.
  • Süd verimi: 500-800 l (günlük 3 l).
  • Laktasiya dövrü: 200-250 gün.
  • Südün yağlılığı: 3-3,7%
  • Bala verimi: Əkiz.

İqlim şərtlərinə tez uyğunlaşırlar. Alpin keçiləri daha çox hərəkətli, hərşeyə maraq göstərən, qrup halda gəzməyi xoşlayan cinsdir. Dişilər əsasən payızda, bəzən qış aylarında qızırlar. Mövsümdə qızma 21 gündə bir baş verir və 1-2 gün davam edir. 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!