Alternativ un populyarlıq qazanır

Altenativ un istehsalı agroexpert.az

Alternativ un növlərinə tələbatın artması dünyada koronavirus pandemiyası zamanı müşahidə olunub. Karantin fonunda çaxnaşma alış-verişi ənənəvi buğda ununun kifayət qədər olmamasına səbəb oldu. Una olan tələbatı qarşılamaq üçün alternativ un məhsullarının alışı artdı.

“Sadə un bir çox pərakəndə mağazalarda olmurdu, buna görə də qoz ununu belə eşitməyən insanlar onu almağa başladılar. Beləliklə, yeni müştərilərin böyük bir axınını əldə etdik”. Bu sözləri qeyri-ənənəvi un şirkəti olan Nature’s Eats üçün marketinq və innovasiya direktoru  JK Taylor III dedi.

Şirkət badam unu və digər təbii maddələrin qarışığından hazırlanan məhsula istehlakçı marağının artırdığına inanır. Nature’s Eats şirkəti bu dövr ərzində  alternativ un istehsal edən yeganə şirkət olmadı.

Bob’s Red Mill-də kulinariya mütəxəssisi olan Saren Şastin :-“Pandemiya zamanı çox məşğul idik və ölkənin hər yerindən alternativ un məhsullarına yüksək tələbat var idi” dedi.  Bu, bir çox istehlakçını bir torba alternativ un almaq və təcrübə aparmağa vadar etdi. “

Altenativ un istehsalı agroexpert.az

Şastin deyib ki, onlayn satışlar son bir neçə ayda iki dəfədən çox artıb. Şirkət Hindistan cevizi, badam, kassava, quinoa, fındıq və tapiokadan, eləcə də ənənəvi hərtərəfli un istehsal edir. Sifarişlərin ən yüksək olduğu qış mövsümüdə nisbətən daha çox iş yükünə sahib olacaqlar.

Qlobal badam un bazarının 2019  və  2029-cu illər arasında illik 8.3% böyüməsi gözlənilir. Digər alternativ növlərin böyüməsi oxşar olacaq. Məsələn, Şimali Amerika bölgəsində hindistan cevizi unu 2027-ci ilə qədər hər il 6.8% artacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика