Amerikada kənd təsərrüfatında dronların istifadəsi

Kənd təsərrüfatında dronların istifadəsi getdikcə daha geniş və irimiqyaslı hal alır. Daha çox funksiyası olan dronlar yaranır və fermerlər onlardan məharətlə istifadə edirlər.

agroexpert_Az dronlar nece istifade olunur

Dronlar sahələrdə monitorinq aparılmasına kömək edirlər, yüksəklikdən çəkiliş edirlər, 3D-xəritələr yaradırlar, toxum əkirlər, mineral gübrələr və kimyəvi preparatları tətbiq edirlər, suvramaya, həmçinin heyvanlara nəzarət etməyə kömək olurlar.

Amerikada da fermerlər dronlardan çox geniş istifadə edirlər.

Pittsburqda (ABŞ) “Skycision” dron və infraqırmızı texnologiyadan həm xəstəliklərin diaqnostikası üçün, həm ziyanvericilərin monitorinqində istifadə edirlər. Dron operatorlarının infraqırmızı diapazonunda çəkdiyi yüzlərlə və minlərlə şəkil ərazinin şəkilli xəritəsinin yaranmasına kömək edir.

dronlar kənd təsərrüfatında necə istifadə olunur. agroexpert.az

Həmçinin infraqırmızı sensorlar bitkilərdəki xlorofillin miqdarını da müəyyən edə bilir. Məsələn, cihazın xəstəliklər haqqında məlumat verən hissəsində belə yazıla bilər:  əkin sahəsi xəstəliyə yoluxub – xlorofill azalıb.

Dronlardan təkcə əkinçilik və maldarlıqda yox, həmçinin dəniz məhsulları sənayesində də istifadə olunur. Kaliforniyada dronlar sayəsində stiridya (ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz.)təsərrüfatları ciddi inkişaf edib.

  • Dronlar lazımlı məlumatları təyyarə və exolotlaradaha asan əldə etməyə kömək olur.
  • Keyfiyyətli fotolar və videoların çəkilməsi femerlərin işini asanlaşdırır.

Dron Sistemləri Beynəlxalq Assosasiyasının (Аssociation for Unmanned Vehicle Systems) rəsmi məlumatına görə  ABŞ-da 2025-ci ilə kimi dronların 80%-i kənd təsərrüfatında istifadə ediləcək. Həmçinin Dünya Dron Sistemləri (the Organization for Unmanned Vehicle Systems Worldwide)  təşkilatının araşdırmalarına görə 2025-ci ilə kimi dronların kənd təsərrüfatına verdiyi xeyirin məbləğı 82 milyard dollar təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107