Amroks toyuq cinsi

Amroks toyuq cinsiagroexpert.az informativ portalı olaraq sizlər üçün ən sərfəli toyuq cinsləri haqqında məqalələr hazırlamaqda davam edirik. İstər həyətyanı sahənizdə istərsədə bizneslə məşğul olanlar üçün toyuq cinsini düzgün seçmək önəmlidir.  Amroks toyuq cinsi həm ətlik həm yumurtalıq istiqamətdə əla seçim ola bilər.

Amroks toyuq cinsi əsas özəllikləri:

Məhsuldarlıq istiqaməti ətlik-yumurtalıq
Xoruzun çəkisi 3,6 kq-dan çox
Toyuğun çəkisi 2-3,5 kq
Yumurtaverimi illik 200-250 ədəd
Yumurta ölçüsü 55-70 qram
Yumurtalama yaşı 6-8 aylıqda
Xassələri Dadlı ət, rahat saxlanması

Bu toyuq cinsini yeni başlayanlar da saxlaya bilər. Adətən 5 aylıq ikən yumurta verməyə başlayırlar və ildə 200 ətrafı yumurta verirlər. Yumurtaların rəngi qırmızı-qəhvəyi olur. Ət verimi çox yüksəkdir və dadı ləzzətli, zərifdir. Xəstəliklərə dözümlüdürlər. Soyuqdan qorxmurlar. Hində tempratur 0°C-dən aşağı düşməsə Amroks toyuqları qış boyu da yumurta verəcək. Yeminə mütləq zülal, mikroelementlər və vitamin daxil edin.

Sakit heyvanlardırlar. Yaxşı da kürd yatırlar.

Tarixi:

Amroks toyuq cinsi 19-cu əsrdə Amerikada bir-neçə məşhur toyuq cinsinin seleksiyası nəticəsində əldə edilmişdir. Daha sonra Almaniyaya gətirib təkmilləşdirilmişdir. Bu toyuqlarım balaca cinsi də mövcudur: “Amroks karlik”. Balaca cinslərin çəkisi 1,4 kq olur. Ona görə hər zaman deyirik, cücə alarkən mütləq tanış fermalardan, inkubatorlardan almaq lazımdır.

Digər toyuq cinsləri üçün bu məqaləyə baxa bilərsiniz.

 

Mənbəhttp://webferma.com/chicken-catalog/amroks.html

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

5 thoughts on “Amroks toyuq cinsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика