Ana südü qədər faydalı olan keçi südü

Keçi südünün nə qədər faydalı olduğunu eşidir, amma inanmırsınız? Çünki…

Adətən bütün südlər inək südü ilə müqayisə olunur. Çünki süd dedikdə ağıla ilk gələn inək südü olur. Lakin dünyada insanların çoxu artıq keçi südana südü qədər faydalı olan keçi südüündən geniş istifadə etməyə başlayıblar. Hətta Avropada dərman funksiyasını yerinə yetirən keçi südü xüsusi qiymətlərə satılır. Bütün bunlar isə səbəbsiz deyil. Keçi südü ana südünə bərabər tutulur. Düzdür ana südü unikaldır, təkrarsız və əvəzolunmazdır. Hətta hər bir ananın südü digər ananın südündən fərqlənir, müəyyən inqridiyentlərinə görə bir-birinə bənzəmir. Çünki hər ananın südü öz övladı üçündür; ananın orqanizminin xarakteri, xüsusiyyəti, immun sistemi bu süd vasitəsilə övladına ötürülür.

Keçi südü isə tərkibindəki maddələrin, mineralların zənginliyinə, keyfiyyətinə görə digər südlərdən fərqlənərək belə önəmli yerə sahib olmuşdur. 

Keçi südündəki bakteriya miqdarı digər südlərlə müqayisədə daha az olduğu üçün, sağıldıqdan dərhal sonra, isitmədən içmək, hətta körpələrə vermək olar. Yeni sağılmış keçi südü mikrobları öldürmək qabiliyyətinə malikdir. O uzun müddət xarab olmadan qala bilir. Qatqısız keçi südünü otaq temperaturunda 48 saat, soyuducuda isə 1 həftə saxlamaq mümkündür. Plastik qablaşdırma südün təravətini qorusa da, şüşə qablarda saxlanan keçi südü daha dadlı və faydalı olur. Lakin keçi südünü təzə-təzə içdikdə daha keyfiyyətli və təsirli olur. Əks halda onun zəngin tərkibi tez bir zamanda parçalanır. Keçi südü əldə olunandan bir neçə gün sonra içilərsə, o orqanizm tərəfindən sadəcə dadlı bir içəcək kimi qəbul olunacaq.

Keçi südünün tərkibində digər südlərlə müqayisədə daha çox kalsium, maqnezium və vitaminlər var. Bu səbəbdən də sümüklər üçün inanılmaz faydalıdır. Tərkibində bol kalsiumla yanaşı A, B, C, D, E və K vitaminləri var. Bunlar isə dişlərin, saçların, dırnaqların möhkəmlənməsini, dərinin təmiz və təravətli olmasını təmin edir.

keçi südünün faydası haqqında nə bilirik?Bundan başqa nizamlı istifadə edildiyində egzema, asdım, həzm narahatlıqlarının azalmasına köməkçi olur. Bu süd əsasən mədə ağrılarında, maddələr mübadiləsi pozulduqda, bronxların iltihabında əvəzedilməz əhəmiyyətə malikdir.

İnək südünə allergiyası olanlar keçi südündən istifadə edə bilər.

Belə ki, inək südünün tərkibində allergiya maddələri çoxdur, keçi südündə isə bu maddələr azdır. Keçi südü ilə inək südü arasında başlıca fərq yağlılıqdadır. Keçi südü inək südündən az yağlıdır. Onda yağ turşuları isə inəkdəkindən daha çoxdur. Bu turşular omeqa 6 ailsəinə aiddir və enerji mənbəyidir.

Keçi südünün faydaları o qədər çoxdur ki saymaqla bitmir. Ona görə də Oxu.. Keçi südünün bitməyən faydaları

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика