Bitkilər Məhsullar

Ananas və ananas qabığının faydaları

agroexpert_ananasAnanas çox zəngin kimyəvi tərkibə malikdir. Ananas A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir. Belə zəngin tərkib ananası insan orqanizmi üçün olduqca faydalı edir.İlk növbədə insanın ürək-damar sistemi üçün çox faydalıdır. Kalium və maqneziumla zəngin olan ananas ürək əzələsini möhkəmləndirir, ödemləri və ürəkdə olan gərginliyi azaldır. Ananas qan damarlarına çox müsbət təsir edir – damarları möhkəmləndirir, onların elastikliyini artırır, tromblaşmanın qarşısını alır, aterosklerozun inkişafını ləngidir. Varikoz xəstəliyi zamanı ananas çox yaxşı müalicəvi təsir edir. Ananas arterial təzyiqi normallaşdırır, qanı duruldur.

Ananasın faydaları :

  • Dəri və saçı gözəlləşdirər. Ananasın ehtiva etdiyi zəngin B vitamini dərini təsirli bir şəkildə nəmləndirər və saçı da parladar. Bunun yanında ananas stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçi olar.
  • Təzyiq və qandakı yağ nisbətini salar. Ananas qan dövranını sürətləndirərək həm təzyiqi, həm də qandakı yağ nisbətini salmada təsirli ola bilər. Ananas, bədəndə yağ təcrübəsini də önləyər.
  • Soyuqdəyməyə qarşı birə-birdir. Atəş, öskürək və boğaz ağrısı soyuqdəymənin ən əhəmiyyətli əlamətləridir. Bu vəziyyətdə, yataqda istirahət etmənin yanında bir stəkan təzə ananas suyu da içilə bilər. Çünki ananas suyu atəşin salınması və nəfəs borusu infeksiyasının önlənməsində də təsirlidir. Tibbi araşdırmalara görə, köhnədən bəri insanlar, boğaz ağrısı və öskürəyi ananasın ehtiva etdiyi zülal mayasıyla aradan qaldırmağa çalışmışdır.

Ananas qabığının faydaları :

Mütəxəssislər bütün üzvi meyvələrin qabıqları ilə birlikdə yeyilməsini tövsiyə etsə də, ananas bu qəbildən istisna sayılır. Bəs ananas qabığının sərt quruluşu səbəbindən ondan faydalana bilmərikmi? Təbii ki, faydalana bilərik, bəlkə qabığı yeyə bilməsək də, amma qabığını istifadə edib şirə hazırlaya bilərik

  • 1. Xərçəngə qarşı effektivdir.
  • 2. Qan dövranını sürətləndirir. Laxtalanmanın qarşısını alır.
  • 3. Güclü iltihablanmanın qarşısını alır və yaxşı antioksidantdır.
  • 4. Bağırsağın fəaliyyətini gücləndirir. Qəbizliyin qarşısını alır.
  • 5. Əməliyyat nəticəsində əmələ gələn yaraların sağalmasında təsirlidir.

Ananas qabığının qaynadılması

Qabıqları yuduqdan sonra kiçik hissələrə​ bölün və bir litr suda qaynadın. Qapağı örtülü şəkildə 15-20 dəqiqə qaynatdıqdan sonra, istər isti, istər soyuq halda içə bilərsiniz.

Ananas qabığının fermentləşdirilməsi

  • Ət və ya balığın yanında istehlak edildikdə həzm sisteminizi asanlaşdıracaq.
  • Qabıqları xırda doğrayandan sonra hava keçirməyən bir şüşə və ya keramik qaba qoyuruq. Bu qaba 2 litr su və 500 qram qəhvəyi şəkər, şəkər qamışı və ya şəkər qamışı siropu əlavə edirik.
  • İstəsəniz bal da əlavə edə bilərsiniz. Ağzını möhkəm bağladığınız qarışığı 48 saat ərzində otaq temperaturunda saxlayıb sonra yaxşıca süzün. Bir litrə qədər su əlavə edib 12 saat daha saxlayın.
  • İkinci günün sonunda da məhlulu süzdükdən sonra, bir litrə qədər su əlavə edib 12 saat saxlayın. Sonra süzdüyünüz qarışığa 250 ml. su əlavə edərək, içməyə hazır vəziyyətə gətirin.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: