anqus cinsi
İribuynuzlu heyvanlar

Anqus cinsi

Saytımızda biznes üçün ən sərfəli iribuynuzlu cinsləri haqqında məqalələr yazırıq. Aberden Anqus cinsi Şotlandiyanda yerli irqlərin qarışımından əmələ gəlib. Ən çox Avropa, Avstraliya və Amerikada yetişdirilir. Əsas özəlliyi tamamilə qara olmasıdır. Qırmızı anquslar da mövcuddur. Dünyadakı tək-tük buynuzsuz cinslərdəndir.

anqus cinsi

Əsas özəllikləri

Sakit heyvanlardır və örüşdə otarmaq çətin deyil. Buzovları doğulanda çəkisi az olur, ona görə doğuş da asan keçir. Soyuğa və istiyə dözümlüdürlər. Anqusların südü sağılmır. Yemi ətə çevirmək özəllikləri yüksəkdir.

  • Buzovlar 8 ay analarını əmər, ona görə yemə ehtiyacları olmur.
  • Gündə 1,4-1,7 kq diri çəki artımına sahibdirlər.
  • 8 ayında 370 kq olur.
  • 18 ayında 650 kq olanda kəsimə göndərilir.
  • Sümük zingləri iri olmadığı üçün ət verimi yüksəkdir.
  • Dişiləri 500 kq, erkəkləri isə 800 kq olur.
  • Dişilər ildə 1 bala verirlər.
  • Örüşdə böyüyən anqus 55%, bordağda saxlanan isə 75% ət verir.

Anqus cinsi danaların əti çox ləzzətlidir.Çünki yağ ətin içinə yayılıb. Buna mərməri ət də deyilir. Anquslar tez-tez xəstələnməzlər, ona görə baytar və dərman xərcləri çox azdır. İnəklər sağılmadığı üçün əlavə işçi və sağımxanaya da ehtiyac yoxdur. Örüşdə saxlandığı üçün yem, ferma və sair kimi cari xərcləri də olmur. Buynuzları olmadığı üçün bir-birlərini yaralamırlar.

300 kq-lıq normal inəyin yemi ilə anqus öküzü 1,5 ton diri çəkiyə sahib ola bilər.

Anqus cinsi saxlamağın çətinlikləri

Anqus yetişdiriciliyi ilə məşğul olmaq istəyənlər böyük otlağa sahib olmalıdır. Ayrıca biraz vəhşi heyvanlardır, məsələn iynə vurmaq asan iş deyil. Anqus dişiləri sağılmır. Bu da onları yalnız ətlik istiqamətdə saxlamağa məcbur edir.

Türkiyədə anqus ətindən iyi və rənginə görə şikayətlər olmuşdu. Məsələ bu imiş ki, anquslar uzaq yolda daşınarkən əzələ yoğunluğu əmələ gəlirmiş. Ona görə heyvan kəsimdən öncə bir müddət dincəlməliydi.

Ayrıca anqus ətindən xüsusi yeməklər (steyk) hazırlanır. Əti bişirərkən aşağı odda bişirmək və yandırmamaq lazımdır .

Anqus saxlamaq çox karlı iş sayılır. Xüsusən son vaxtlar heyvandarlıqdan başı çıxmayıb bu işə girişmək istəyənlər üçün anqus saxlamaq yarayır, çox da bacarıq tələb etmir. Rusiyada böyük bir şirkət var, marketlərin əsas ət ehtiyacını təmin edir, onun fermalarında 35 mindən yuxarı anqus var. Ancaq bunu nəzərə alın ki, vəhşi əcdadlarının özəlliklərini saxladıqları üçün bordağda yox, otlaq yerdə saxlamaq lazımdır.

Anqus biznesi haqqında Raqif Aliyev adlı FB dostumuz bəhs etmişdi. Bir müddət Ukraynada anqus yetişdiriciliyi ilə məşğul olublar. Elə onun şərhlərini də məqaləyə əlavə edirəm:

“Bu cinsin inəklərində hamiləlik nisbəti digərlərinə görə çox yüksəkdir. Diğər cinslərdə doğulan buzovlarda 20-30 faiz ölüm olur. Anqusda isə bu 8-9 % dir. 4 xəstəliyə qarşı peyvənd oldusa yetərlidir. Buzovlar 8-9 ay süd əmdiyi üçün digər cinslərə gorə cox sağlam olurlar asan xəstələnmirlər. Qoyunu otaran kimi bunları da bir coban otarması yetərlidir. -40 dərəcə ilə + 40 dərəcədə temperatura dözümlüdürlər. Çöldə otarıldığı üçün əti dadlı olur. Bədənin heç bir yerində kristal şəklində yığılmış yağlanma olmur. Yağ bədən boyu homojen paylandığı üçün mərmər ət deyilir.
Məqalədə rastlamadım. Zəif yönlərindən biri digər cinslərə nisbətən ishala qarşı həssasdırlar. Vaxtında tədbirlər alınarsa heç bir problem olmur. Balalar həmişə anayla bir yerdə olduğuna gorə nadir hallarda böyuklər buzovun üzərində yata bilər (zədələyə bilər) ancaq bütün üstünluklərinin yaninda bunlar hamısı çox kicik məsələlərdir.”

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!