Antibiotikləri əvəz edən ən təsirli qidalar

Payızın özünü yavaş-yavaş göstərməyə başladığı bu günlərdə mövsüm dəyişikliklərinə qarşı tədbirlər görülməlidir. Xəstəliklərə hazırlıqsız tutulmaq istəmirsinizsə antibiotik təsiri göstərəcək təbii qidalardan istifadə edin. Agroexpert.az antibiotikləri əvəz edən ən təsirli qidaları təqdim edir.

antibiotik
İspanaq

Qış tərəvəzlərindən biri ispanaqdır. Antioksidant baxımından son dərəcə zəngindir, inflamatuar komponentləri saxlayır və hüceyrə zərərinə qarşı bizi qoruyur.

Faydalarından istifadə etmək üçün bişirərək yox çiy olaraq yeyin. Xüsusilə nar və zeytun yağı ilə hazırlanan salatı bədəninizi qoruyacaq. Qışda bol-bol istifadə edin.

Soğan

Soğan, ciddi bir bəlğəm gətirəndir. Tənəffüs yollarını bəlğəmdən təmizləyir. Təbii antibiotik mənbəyi soğan, yalnız qripin çarəsi olmaqla qalmır. Güclü antioksidantdır və kolon xərçəngi müalicəsində köməkçi olduğu müəyyən olunub. Bu faydalarından əlavə sidik qovucu xüsusiyyəti var. Soğan yeməklərin əvəzsiz bir hissəsidir ,lakin bu qış soğanın suyunu da bol-bol istifadə edin.

Zərdəçal

Təbii bir antiseptik mənbəyidir. Zerdeçal əsrlər əvvəl müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə edilmişdi. Antibiotik mənbəyi olan zərdəçal, yaraların zəhərli olmasını qarşısını alır.

Yeməklərinizə ədviyyat olaraq əlavə edə və ya bir stəkan ilıq südün içinə qarışdıra bilərsiniz. Yəni istifadəsi son dərəcə asandır. Soyuqdəymədən qorumaqla yanaşı dəri ləkələrinə qarşı da qoruyucudur. Bunun üçün zərdəçallı maskaları üzünüzə tətbiq edə bilərsiniz.

Mətbəxlərin əvəzolunmaz cütlüyü sarımsaq və bal təbii müalicə qabiliyyətləri ilə ön plana çıxır. Bal və sarımsağın qarışığı isə bir çox xəstəliyin sağalmasında olduqca təsirlidir. Soyuqdəymə, yüksək təzyiq, iltihab, astma, yorğunluq halsızlıq, sonsuzluq və hətta xərçəngə qədər bir çox xəstəliyin müalicəsində istifadə olunan qarışıq təbii bir dərman vəzifəsini görür.

Bal və sarımsaq qarışığının hazırlanması:

Tərkibi:
  • 3 diş sarımsaq
  • 10 xörək qaşığı bal
  • 200 qr kətan toxumu yağı
  • 4 ədəd limon
Hazırlanma qaydası:

Sarımsağın qabıqlarınıı soyub rəndələyin.Daha sonra limonu soyub doğrayın. Sonra sarımsaq, bal və kətan toxumu yağını əlavə edin. Taxta qaşıqla yaxşıca qarışdırın. Şüşə bankada soyuducuda saxlayın. Yeməkdən əvvəl gündə 3 dəfə 1 qaşıq yeyin.

Bal

Antibakterial və antiviral xüsusiyyəti sayəsində qış boyu sakit və sağlam qalmağınız mümkündür. Hər səhər bir çay qaşığı yeyəcəyiniz həqiqi bal immunitet sisteminizi qüvvətləndirəcək. Antibiotik əvəzinə xüsusilə şabalıd balını istifadı etməyiniz çox daha faydalıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!