Aqrar sektor və məsuliyyətlər

Bu gun dunyada aqrosektor qarşısında surətlə yeni inkişaf ufuqləri açılır. Yəni aqrar sektor keyfiyyətcə özu özunu yeniləyir, dəyişir. Başlıca dəyişiklik isə budur ki, artıq kənd təsərrüfatının birbaşa mənbəyi kənd deyil.

fermerlər üçün dəstək məsuliyyətlər

Dunyada sürətlə şəhərləşmə gedir, şəhərdə yaşayan insanların sayı durmadan artır. Bu isə öz novbəsində insanların təməl ehtiyaclarını ödəmək uçun keyfiyyətcə yeni xidmətlər tələb etməsinə və həmin xidmətlərin təşkilinə gətirib çıxarır. Belə olan təqdirdə isə kənd təsərrüfatı artıq bir kənd iqtisadiyyatı olmaqdan çıxıb, insanların tələb və ehyiyaclarını ödəmək uçun qlobal iqtisadiyyatın mühüm bir həlqəsinə çevrilir. Bu isə aqrar sektorun yeni inkişaf çağırışlarına cavab vermə zərurətini yaradır.

Azərbaycan iqtisadiyyatı da qlobal iqtisadiyyatın tərkib hissəsidir. Deməli, yuxarıda sadalanan meyllər bizim ölkədə də aktualdır. Bəs gəlin görək biz bu gun öz aqrar sektorumuzu keyfiyyətcə necə yeniləyə bilirik. Aqrar sektorumuzun günün tələbinə uyğun inkişafı məsələsi, xususən son 4-5 ildə çox geniş muzakirələrə səbəb olmaqdadır. Bu muzakirələrdən belə nəticəyə gəlmək olur ki, biz aqrar sektorumuzu günün tələbinə uyğunlaşdırmaq üçün, onu başdan-ayağa yeniləməliyik.

Bəs bu böyuk bir missyanın icrası uçun ən çox məsuliyyət kimlərin uzərinə duşur? Əlbəttə, yenə ağla ilk gələn fermerlərdir. Fermerdən söz düşmüşkən, nədənsə, bizə elə gəlir ki, hər pay torpağına malik şəxs fermerdir. Məncə, bu kökundən yalnış yanaşmadır. Əvvəla ona görə ki, fermer olmaq ciddi məsuliyyət tələb edən işlərdəndir. Deməli, fermer olmağı da insan gərək ozu seçsin. Hər kənddə yaşayan fermerdir deyə bir anlayış yoxdur ki. Fikrimcə, bu gunun fermeri aqrar sektorun sahibkarı olmalıdır. İstənilən bir biznesdə sahibkardan, ilk öncə ,effektiv idarəçilik və təşkilatçılıq, insan resursları ilə duzgun munasibət və əməkdaşlıq tələb  olunur. Əlbəttə ki, fermer də, ilk öncə, bu tələbləri ödəməlidir.

Aqrar sektor və əsas problem

Bu gun aqrar sektormuz da digər əsas bir problem isə mutəxəssis qıtlığıdır. Fikrimcə, bu məsələnin həlli uçun dovlətin fermerlərlə, əlaqələndirilmiş işi olmalıdır. Dövlətin mutəxəssis hazırlığında və iqtisadiyyatın tənzimlənməsində rolu onsuz da hər kəsə  aydındir. Fermerlər isə real problem, iş və xidmətlərlə bağlı konkret təkliflər hazırlamalıdır ki, mutəxəssislər də məhz bu istiqamətdə hazırlana bilsin. Həmçinin, bu gün bir çox biznes sektorlarında olduğu kimi, aqrar sektor uçun dövlətlə yanaşı, ozəl sektor da mutəxəssis hazırlığı və təkmilləşmə kursları təşkil edə bilər. Bütün bu işlər üçün isə, genişmiqyaslı maarifləndirmə işləri aparılmalıdır.

Müəllif: Anar Nəzərov   

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!