Aqrar Xidmətlər Agentliyi toxum alıcısı olan fermerlərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) toxum alıcısı olan fermerlərə müraciət edib.

Agroexpert.az xəbər verir ki, Agentlik müraciətdə fermerlərə sertitikatlı toxumdan istifadə etməyi tövsiyə edir.

toxum istehsalçılarına subsidiya

“Bu ilin payızlıq dənli bitkilərinin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxum istehsalçılarını (buğda, arpa) fermerlərin diqqətinə çatdırırıq. Sertifikatlı toxum istehsalçıları barədə məlumat və əlaqə vasitələri ilə göstərilən linkdən tanış ola bilərsiniz – https://bit.ly/2FBed5m.”, – deyə məlumatda vurğulanıb. 

Məhsul istehsalçılarına toxum alarkən istehsalçıdan onun kondisiyalılığı haqqında sertifikatı tələb etmək tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика